Qadin.NET / ŞOKOLAD YEMƏK SƏNƏTİ

ŞOKOLAD YEMƏK SƏNƏTİ

ŞOKOLAD YEMƏK SƏNƏTİ


Xoşbəxtlik hormonu seratoninin ifraz olunmasında mühüm rol oynayan şokoladın dəqiq tarixi məlum olmasa da, üç min il əvvəl Amerikada azteklər və mayalar onunla yaxından tanış idilər.
Onlar hətta kakao ağacı da yetişdirə bilirdilər. Avropada isə şokolad 150 il əvvəl tanınmağa başladı. O vaxtlar Avropadakı kimi, "şokolad yemək sənəti" də məşhur idi. Bir sözlə, şokoladı saxlamağın da, yeməyin də özünəməxsus incəlikləri var idi. İndi isə bu incəliklərdən bir neçəsini sizə təqdim edirəm. İnanıram ki, işinizə yarayacaq...
Şokoladınızı 16-18 dərəcə temperatur arasında quru yerdə saxlayın.
Kremli şokoladlar istisna olmaqla şokoladlarınızı soyuducuda qoymayın.
Şokoladları yeməzdən əvvəl təqribən 1 saata yaxın otaq temperaturunda saxlayın.
Şokoladınızı işıqlı və sakit bir yerdə yeyin.
Əvvəlcə kakaosu az olan şokoladları yeyin. Sonra kakaosu çox olan şokoladlara keçin.
Şokoladınızı ağzınızda bir neçə saniyə əridin.

23 iyul 2010
GO BACK