Qadin.NET / Yuxuya rahat getməyinizə kömək edəcək 4 ərzaq

Yuxuya rahat getməyinizə kömək edəcək 4 ərzaq

Qızıl balıq və yağlı balıq
Qızıl balıq, ton balığı, skumbriya kimi çox yağ ehtiva edən balıqlar son dərəcə sağlamdır. Onlara bu qədər dəyərli olmağa kömək edən şey, içindəki D vitaminidir. Bir araşdırmanın nəticələrinə görə, qızıl balıq qəbul edən insanların digər ət yeyən insanlardan daha tez yuxuya getdikləri müşahidə edildi. Axşam yeməyində qızıl balıq yemək, daha tez yuxuya getməyinizə kömək edəcək qidalar arasındadır.

Süd və süd məhsulları
Süd məhsullarındakı kalsium yuxunu sürətləndirir və yuxuya getməyə təsirli olur. Bu səbəbdən gecə yuxusu olmayanlara isti süd içmək tövsiyə olunur. Süd yerinə bir dilim pendir də yuxuya getməyinizə kömək edə bilər.

Badam
Daimi badam qəbulu, diabet və ürək xəstəliyi kimi xroniki xəstəliklər riskini azaltmağa kömək edir. Badam xəstəlikləri azaltmaqla yanaşı yuxu keyfiyyətini yaxşılaşdırmaq və rahat yuxuya getmək kimi xüsusiyyətləri ilə də tanınır. Bunun səbəbi, badamın yuxu tənzimləyicisi olan melatonin hormonunun yaxşı bir mənbəyidir.

Albalı suyu
Albalı suyu, tərkibindəki melatonin sayəsində rahat yatmağınıza səbəb olan qidalar arasındadır. Buna görə yatmadan əvvəl albalı suyunu içmək yuxu keyfiyyətinizi yaxşılaşdırır. Bədən üçün bir çox faydası var.

26 sentyabr 2020
GO BACK