Qadin.NET / Yay meyvələrinin bilinməyən faydaları

Yay meyvələrinin bilinməyən faydaları

Qarpız
Yüksək su tərkibi və aşağı kalorili tərkibi ilə qarpız ən populyar yay meyvələrindən biridir. Qarpızın tərkibində A, C, B1, B5 və B6 vitaminləri, kalium və maqnezium var. Güclü bir antioksidan olan likopen ehtiva edən qarpız xərçəng riskini azaltmağa, ürək və beyin sağlamlığını qorumağa kömək edir.

Qovun
Qovun, immunitet sistemini gücləndirməyə, tərkibindəki vitamin və minerallarla xərçəngdən qorunmağa kömək edən bir yay meyvəsidir. Zəngin A vitamini ilə yanaşı, C, K B9, B6 vitaminləri, maqnezium, kalium və müxtəlif antioksidanları ilə zəngindir.

Üzüm
Üzüm, əsrlər boyu fərqli xüsusiyyətləri ilə tanınan və fərqli istehlak nümunələri ilə seçilən yay meyvələrindən biridir. Təzə, qurudulmuş və doşab kimi bütün növlərinin insan bədəni üçün bir çox faydası vardır. Tərkibində çoxlu lif, C vitamini və kalium var. Onun nüvəsində antioksidantlar var. Qabığı xərçəngə qarşı qoruyucu təsir göstərir.

Şaftalı
Tərkibində A, C, E, K və B vitaminləri, mis, kalium, maqnezium, fosfor və dəmir mineralları var. Şaftalı tərkibindəki həll olunan və həll olunmayan liflər sayəsində qəbizliyin qarşısını alaraq həzm sisteminin yaxşı və sağlam işləməsinə kömək edir. A və C vitaminləri dərinizi günəş işığından qorumağa kömək edir. Bundan əlavə tərkibindəki vitamin və minerallar sayəsində göz sağlamlığını qorumaqda təsirli bir meyvədir.

24 avqust 2020
GO BACK