Palma yağı, tropik meşələrdə yetişən palma ağacının qırmızıya çalan meyvələrinin yağından əldə edilir. Paketlənmiş qidaların yarısından çoxunda istifadə olunur.
Palma yağı harada istifadə olunur?
Təmizlik məhsulları, şampunlar, hazır qidalar, hazır pizza/hamburger/ toyuq kimi məhsullar, şokoladlar, makiyaj məhsulları, hətta diş məcunlarının belə tərkibində palma yağı var.
Yaratdığı problemlər
Palma yağı İndoneziya və Malaziyanın tropik meşələrindəki palma ağaclarından əldə edilir. Bu ağaclarda yaşayan oranqutanlar, Sumatran gərgədanlar və başqa heyvan zərər görür. Son 10 ildə oranqutanların sayı 50% azalmışdır. İndoneziya palma yağı istehsalına görə 6 milyon hektarlıq meşənin yox olduğunu bildirir.
Palma yağının ziyanı nələrdir?
1. Ürək sağlamlığına zərərli
Palma yağının tərkibindəki yüksək doymuş yağ səviyyəsi ürəyə ziyan vurur. 1997-ci ildə İngiltərədə 147 nəfər üzərində aparılan araşdırma, palma yağında olan palmitik turşunun xolesterini yüksəltdiyini sübut etdi.
2. Həzmi çətindir
Palma yağının rafine edilmiş olması qidaların dəyişikliyə məruz qalmasına səbəbolur. Həzmi çətindir.
3. Kanserogen ola bilər
Palma yağının tərkibindəki bəzi maddələrin xərçəəngə yol açdığını deyirlər. Bədənə girən glisidil yağ turşuları həzm zamanı kanserogen maddələrə çevrilə bilirlər.