Mineral çatışmazlığına diqqət
Bundan əlavə bəzi xəstəliklər və ya qeyri-sağlam qidalanma nəticəsində yaranan dəmir, xrom və maqnezium mineralların çatışmazlığı şirniyyata olan aclığın artmasına səbəb olur. Menstruasiya dövrü də hormonlara bağlı olaraq şirniyyat ehtiyacını artıran dövrdür. Bundan əlavə stress, depressiya halları da şirniyyata olan aclığı artırır.
Bu aclığı aradan qaldırmaq üçün 9 yol:
1. Aşağı kalorili qatı pəhrizlərdən və uzunmüddətli aclıqdan uzaq olun. 3-4 saatlıq aralıqlarla qidalanmağa diqqət edin.
2. Təzə və quru meyvələri tək yemək yerinə mütləq süd, ayran, kefir, qatıq kimi süd məhsulları ilə yeyin.
3. Qlisemik indeksi yüksək olan və qan şəkərini sürətli yüksəldən bəsit karbohidratların yerinə bulqur, qara buğda, taxıllı qidalar kimi kompleks karbohidratlara üstünlük verin.
4. Gündəlik lif qəbulunu artırın. Lif tərkibi yüksək qidalar mədənin boşalmasını gecikdirərək gün ərzində daha uzun müddət tox qalmağa kömək edir.
5. Qidalanmanıza kefir, qatıq kimi probiotik qidalar əlavə edin.
6. Yeməklərdə bol ədviyyat istifadə edin. Xüsusilə, darçına mətbəxinizdə yer verin.
7. Bol su için
8. Yaxşı yatın və stresdən uzaq qalmağa diqqət edin.
9. Davamlı idman edərək seratoninin istehsalını artırın.