Noxud, paxla, mərcini hər gün istifadə edin
Protein ehtiyacı cinsiyyət, yaş, boy, çəkiyə görə dəyişir. Ancaq noxud, paxla, qırmızı və yaşıl mərci kimi qidalar protein ehtiyacını qarşılayır.
Həftədə 2 dəfə balıq ilə qidalanmaq ağciyərləri gücləndirir
Həm protein, həm də imumnitet sisteminin gücləndirilməsində əhəmiyyətli rol oynayan omeqa-3 baxımından həftədə 2 dəfə balıq ilə qidalanmaq tövsiyə olunur.
A, E və C vitamini; sink və selenium siyahınızda olsun
Xüsusilə, A, E və C vitaminləri və sink, selenium kimi minerallar imumnitet sistemini gücləndirir və bədəni təmizləyici xüsusiyyətə malikdir. A vitamini, tənəffüs sistemini infeksiyalardan qoruyur.
Ən çox qaraciyər, yumurta, süd və süd məhsulları kimi heyvan mənşəli qidalarda və kök, ispanaq, ərik, balqabaq kimi tərəvəzlərin tərkibində var.
E vitamini, bilinən ən yaxşı antioksidan vitaminlərdəndir. Fındıq, qoz kimi quru meyvlərdə, zeytun yağı kimi bitki mənşəli yağlarda, taxılın tərkibində var.
C vitamini, ən yaxşı antioksidandır. Əsas mənbələri qırmızı bibər, kekniş, brokoli, çiyələk, portağal, kivi kimi tərəvəz və meyələrdir.