Qadin.NET / Oruc tutarkən immuniteti necə qorumalı?

Oruc tutarkən immuniteti necə qorumalı?

 

 

İftar və imsak arasında bol su için

Ramazanda maye itkisi artır. İftar və imsak arasında olan dövr düzgün qiymətləndirin, iftarı açdıqdan sonra su qəbuluna diqqət edin. Bol su için.

Oruc tutarkən immuniteti necə qorumalı?

 

İftara su və şorba ilə başlayın

İftar süfrəsində oturduqda uzunmüddətli aclıqdan çıxmış kimi yemə istəyinin normaldır. Amma bunun qarşısına keçə bilmək üçün iftara kiçik yeməklərlə (şorba və b.) başlayıb, sonra əsas yeməyə keçin. Bu mədə sağlamlığınızı qorumağa kömək edir. Asta-asta yeməyə çalışın.

Oruc tutarkən immuniteti necə qorumalı?

Çörək qəbuluna diqqət

Ramazan ayında ən böyük problem çörəyə çox üstünlük verilməsidir. Amma miqdarına diqqət etməkdə fayda var. Həddindən artıq karbohidrat qəbulu artıq çəkiyə səbəb olacaq. Yüksən Bədən Kütlə İndeksi immuniteti zəifləməsinə səbəb olur. Çörək ovuc içinə yerləşəcək qədər yeyilməlidir.

Oruc tutarkən immuniteti necə qorumalı?

İmsakı ötürməyin

Bir çox insan imsaka qalxmır və ya sadəcə su içməklə kifayətlənir. Amma bu davranış aclığın uzanmasına, metabolizmanın yavaşlamasına səbəb olur. İmmunitet sistemi də zəifləyir. İmsakda protein (yumurta, pendir, süd və ya qatıq) və tərəvəz, taxıl bitkiləri ilə qidalanın.

Oruc tutarkən immuniteti necə qorumalı?

 

 

 

 

23 aprel 2020
GO BACK