Xəbər verdiyimiz kimi, Tailandın 67 yaşlı kralı Maçi Vahiralonqkorn 34 yaşlı sevgilisi, ordu tibb bacısı Sininat Vonqvadjirapakla evlənərək onu rəsmi olaraq baş kənizi elan etmişdi.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, kənizin krala xəyanət etdiyi üzə çıxıb. Bu barədə krallığın mətbuat xidməti rəsmi açıqlama yayılıb.
Açıqlamada qeyd olunub ki, kralın 34 yaşlı baş kənizi Sininat Vongvajirapakdinin bütün titulları və rütbələri də əlindən alınıb.
Toydan əvvəl Suthida Mahi Vaçiralonqkorn ailəsinin komandiri olub və üç il sonra general rütbəsinə yüksəlib. O, Tailand kralının həyat yoldaşı, ərinin şəxsi təhlükəsizliyini təmin etmək vəzifələrini icra edirdi.
Xatırladaq ki, kralın toyu kral sarayında mətbuatın, dövlət rəsmilərinin və Tailand hökmdarının 41 yaşlı həyat yoldaşının iştirakı ilə baş tutmuşdu. Mərasim zamanı kralın ilk həyat yoldaşı Suthida padşahın sol tərəfində oturub və baş verənləri üzündə heç bir duyğu ifadəsi sezilmədən səssizcə izləmişdi.
Yeri gəlmişkən, bu ilin yazında bənzər bir mərasim Kralın həyat yoldaşı Suthida tərəfindən icra edilmişdi, ancaq o toy mərasimi şəklində həyata keçirilmişdi. Bu evlilik Tailand hökmdarının 4-cü nikahıdır. Mahi Vaçirlonqkornun əvvəlki münasibətlərdən iki qızı və beş oğlu var, varislərindən yalnız biri rəsmi olaraq şahzadə kimi tanınıb