Qadin.NET / “Müslüm” filminin qalmaqalları səngimək bilmir

“Müslüm” filminin qalmaqalları səngimək bilmir

“Müslüm” filminin qalmaqalları səngimək bilmir


Türkiyəli müğənni Müslüm Gürsesin həyatından bəhs edən “Müslüm” filmi ilə bağlı yenidən qalmaqal yaranıb.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ekran işinin prodüserlərindən olan “ICNN Yapım” şirkəti şərikləri “Mars Film” və Mustafa Uslunu məhkəməyə verib. Onlar qarşı tərəfi fırıldaqçılıqda ittiham edir.

Şikayətdə bildirilir ki, “Mars Film” onların razılığı olmadan filmin kirayəsi ilə məşğul olub və kassa gəlirini Mustafa Usluya ödəyib. Üstəlik, Uslu özünü ekran işinin yeganə prodüseri kimi təqdim edərək, gəliri özünə götürüb.

Qeyd edək ki, “Müslüm” filmi çəkilən gündən qalmaqalları ilə yadda qalıb. Ekran işi ilə bağlı xeyli sayda fırıldaqçılıq əməllərinin olduğu dəfələrlə mediada yer alıb

“Müslüm” filminin qalmaqalları səngimək bilmir


7 may 2019
GO BACK