Qadin.NET / Tarkan ikinci dəfə ata olmaq istəyir

Tarkan ikinci dəfə ata olmaq istəyir

Türkiyəli ifaçı Tarkan ikinci dəfə ata olmaq istəyindədir.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.

Bildirilir ki, meqastar birinci övladının dünyaya gəlməsindən o qədər xoşhal olub ki, dostlarına ikinci dəfə bu hissi yaşamaq istədiyini deyir.

Üstəlik ailədə onu dəstəkləyən ikinci şəxs də var. Bu, Tarkanın anasıdır.

Dostları da Tarkanı ikinci dəfə ata olmağa təşviq edənlər sırasındadır.

Qeyd edək ki, Pınar Tevetoğlu ilə evli olan Tarkan bu yaxınlarda qız atası olub.

Tarkan ikinci dəfə ata olmaq istəyir


28 fevral 2019
GO BACK