Qadin.NET / Minlərlə kloun kilsəyə axışdı - FOTO

Minlərlə kloun kilsəyə axışdı - FOTO

Minlərlə kloun kilsəyə axışdı - FOTO


Dünən Londonun şərqindəki Haqqerston səmtinin küçələri kloun görkəmli insanlarla dolu idi. Yüzlərlə, minlərlə kloun "All Saints Church" kilsəsinə axışıblar.

Onlar Cozef Qrimaldini anıblar.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, 1778-ci ildə doğularaq 1837-ci ildə vəfat etmiş britaniyalı aktyor Cozef Qrimaldi zəmanəsinin ən məşhur klounlarından biri, ilk ağ simalı kloun, müasir arlekinadanın və klounadasının banisi idi.

O, 19-cu əsrin əvvəllərində, Britaniyadakı Regentlik dövründə ən populyar artistlərdən bri idi. Londonun Vest-End səmtindəki pantomimlərdə çıxış edən Qrimaldi müasir klounada sənətinin əsasını qoymuşdu.

1947-ci ildən bəri hər ilin fevralın 3-də "All Saints Church" kilsəsində Cozef Qrimaldi anılır.

Builki anım mərasiminə dünyanın ən müxtəlif ölkələrindən klounlar qatılmışdılar.

Minlərlə kloun kilsəyə axışdı - FOTO

Minlərlə kloun kilsəyə axışdı - FOTO


4 fevral 2019
GO BACK