Fransanın məşhur aktyoru, kolleksiyaçı Jerar Depardye azərbaycanlı gənc rəssam Məryəm Ələkbərlinin atelyesinin qonağı olub.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, kolleksiyaçı Məryəmin əsərləri ilə maraqlanıb. Tablolarını bir-bir yenidən nəzərdən keçirib.
Qeyd edək ki, Jerar Depardye artıq gənc rəssamın əsərlərinin bir neçəsini alaraq şəxsi kolleksiyasına daxil edib. Rəssamın atelyesinə ilk səfəri zamanı o, orta ölçülü 5 əsər sifariş etmişdi.