Qadin.NET / "Dünyanın ən ləziz yeməyi" -XAÇAPURİ oldu

"Dünyanın ən ləziz yeməyi" -XAÇAPURİ oldu

"Dünyanın ən ləziz yeməyi" -XAÇAPURİ oldu


Gürcüstanın milli mətbəxinin yeməklərindən olan xaçapuri dünyanın ən dadlı yeməkləri siyahısında birinci yeri tutub.

Qadin.Ner AzərTac-a istinadən bildirir ki, TasteAtlas internet portalı "Dünyanın ləziz yeməkləri" interaktiv xəritəsini tərtib edib.

Xəritə Xorvatiyada 30 nəfər təhqiqatçı-müəllif tərəfindən 2018-ci ildə tərtib olunub. "Dünyanın ləziz yeməkləri" xəritəsində dünya xalqlarının 10 min milli yemək növü göstərilib.

Rəyi soruşulan min nəfərdən 800 nəfəri məhz xaçapurini ən ləziz yemək kimi qeyd edib.

Məlumat üçün qeyd edək ki, xaçapuri Gürcüstanın ən tanınmış milli yeməklərindən biridir. Xaçapuri ənənəvi olaraq un, pendir, yumurta və yağdan hazırlanır. Məhsul hazırlanarkən əsasən "suluquni" və ya İmereti pendirlərindən istifadə olunur. Amma son vaxtlar xaçapurinin hazırlanmasında "motsarella" və "feta" milli pendir növlərindən də istifadə edilir.

Xaçapurinin bir neçə növü var. Ən məşhur İmereti bölgəsinin adı ilə bağlı olan "İmereti xaçapurisi" və Acarıstan bölgəsi ilə əlaqəli olan "Acariya xaçapurisi"dir.

"İmereti xaçapurisi" dairəvi şəkildə olur, pendir və yağdan ibarətdir.

"Acariya xaçapurisi" isə üstü açıq, qayıq formasında olur, pendir və yağdan hazırlanır. Yeməyin üstündə, ortada çiy yumurta olur.

"Dünyanın ləziz yeməkləri" siyahısında ikinci yerə Balkanların yeməyi "çevapçiçi" milli yeməyi, üçüncü yerə Ukrayna borşu, dördüncü yerə italyanların pastası, beşinci yerə isə yaponların "suşi"si layiq görülüb.

13 yanvar 2019
GO BACK