Qadin.NET / Diyetoloqdan bayramla bağlı məsləhətlər

Diyetoloqdan bayramla bağlı məsləhətlər

 

Diyetoloqdan bayramla bağlı məsləhətlər



 

“Yeni il ərəfəsində bir çox insanlar yeməklərini qatır, həddindən artıq kalorili qidalardan istifadə edirlər və bu zaman saat göstəricisi də olmur”.

Qadin.Net bildirir ki, bu sözləri teleqraf-a yeni ildə sağlam qidalanmağın yollarından danışan həkim-diyetoloq Şəfa Yadigarova deyib.

O bildirib ki, bizim milli mətbəximiz həddindən artıq zəngindir və bununla bağlı bir çox insanlar yağlı, müəyyən kalorisi yüksək olan qidalara üstünlük verir, buna görə də bayramdan sonra böyük bir problemlə üzləşirlər:

“Bir çox insanlar bayramdan bir neçə gün sonra artıq 3-5 kq almış olur. Elə insanlar da var ki, bayramdan öncə azad olmuş kiloları sürətli şəkildə geri alırlar. Buna görə də insanlar depressiyaya düşürlər.

Bu insanlara məsləhətim odur ki, depressiyaya düşməmək, artıq kilo almamaq və formalarını itirməmək üçün rasionlarına fikir versinlər.

Birincisi, yeməyi qarışdırmamaq daha məsləhətlidir. Yəni hansısa zülallı qida - misal üçün kabab yeyiblərsə, onun bir növündən istifadə etsinlər. Daha çox yemək bişirəndə əlavə yağlardan istifadə etməsinlər.

Hər bir ətdə, məhsulda gizli yağlar var ki, biz daha artıq yağ istifadə etdikdə yeməyin kalorisini artırırıq.

Daha çox tərəvəzli salatlara üstünlük versinlər. Az yağlı xamalardan, ev şəraitində hazırlanan souslardan istifadə edilsə daha məsləhətdir.

Təbii ki, bayram ərəfəsində müəyyən tədbirlər, yeni il şənlikləri daha çox axşam saatlarında keçirilir. Bacardıqca bu saatlarda qidaları çox qəbul etməyin.

Ən vacib səbəblərdən biri odur ki, şirniyyatlardan bir az uzaq durun. Çünki şirniyyatlar həddindən artıq kalori verir və çox yağ kütləsi toplayır.

Yeməkdən sonra hərəkətliyə üstünlük verin”.

Bütün bu deyilənlərə əməl etməyin vacibliyini önə çəkən diyetoloq hər kəsə şəfalı və sağlam həyat arzulayaraq təbrik mesajı da verdi:

“Hər zaman formada olasınız”.

1 yanvar 2019
GO BACK