Qadin.NET / Unlanaraq qızardılan balıq xərçəngə səbəb olur-ALİMDƏN ŞOK Rəy

Unlanaraq qızardılan balıq xərçəngə səbəb olur-ALİMDƏN ŞOK Rəy

Unlanaraq qızardılan balıq xərçəngə səbəb olur-ALİMDƏN ŞOK Rəy


Bir çox evlərdə balıq qızardanda onu əvvəlcə una bulayırlar. Bu, balığın həm tavaya yapışmasının qarşısını alır, həm də balığın daha yaxşı qızarmasına səbəb olur.

Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, alimlər əslində balığı una bulayıb qızartmağın sağlamlıq üçün çox ziyanlı olduğunu bildiriblər. Bu, həm də xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər.

Karbonhidrat və şəkər yüksək isti səbəbindən kanserogen maddələri ifraz edir. Karbonhidratın həddən artıq istiyə məruz qalması HMF (Heterosiklik amin turşusu) adlı ziyanlı birləşmələri üzə çıxarır. Bu birləşmə isə hüceyrələrdə xərçəngin yaranmasına səbəb olur.

Bundan başqa balıqda olan amin turşusu da həddən artıq istiyə məruz qalanda HMF adlı kanserogen maddələrinin ortaya çıxmasına səbəb olur. Bu birləşmə yağda qızardılan digər məhsullarda da üzə çıxa bilər.

Mütəxəssislər bildirirlər ki, balığı bişirməyin ən sağlam üsulu buğlamadır. Bundan başqa qaynadıb da yemək olar. Eyni zamanda orta tempraturda bişirmək də mümkündür. Əsas olan çox yüksək tempraturda qızartmayın.

Əgər balığı qızartmaqdan vaz keçmirsinizsə, o zaman zərərli maddələri yox etmək üçün C vitamini qəbul edin. Qızartma balıqdan sonra bol-bol limon və yaşıl tərəvəz yeyin. Əgər balığı una bulayıb qızardırsınızsa, üzərinə limon sıxın.

23 noyabr 2018
GO BACK