Çox zaman insanlar ya internetdə oxuyaraq, ya kiminsə məsləhəti ilə, ya da özü boyun ağrısı, baş ağrısı, ostexondrozda boyunu başı sağa sola irəli geri hərəkət etdirərək məşhur hərəkətləri edir.
Bu vaxta qədər hesab olunurdu ki, müntəzəm olaraq bu hərəkəti etmək boyun ostexondrozunda xeyirlidir, duzları əridir, beyinə qan axınını yaxşılaşdırır. Bir sözlə, idman müəllimləri və məşqçilərin belə məsləhət gördüyü bu mini idman hərəkəti əslində onurğa üçün zərərlidir. Xüsusən az hərəkət edən, zəif insanlar, ostexondrozu olan xəstələr birdən-birə bu hərəkətlərə başlayıb, heç bir təlimat olmadan boyunu kəskin şəkildə sağa-sola burub əysə bu onun üçün həyati təhlükəli ola bilər.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, başın fırladılması hərəkətləri fəqərələrarası diskləri, toxumaları zədələyir, boyun hissəsinin disklərini deformasiyaya uğradır, onurğa beyin sinir uclarını zədələyir, sıxır, boyunda yırtıq varsa daha da kəskinkəşdirir.
Rusiyanın məşhur manual terapevti, ağrısız və zərərsiz masaj və idman hərəkətlərinin müəllifi Vitaliy Dimyanoviç bildirir ki, çox həkimlər xəstə üzərində belə hərəklər edir, xəstəyə evdə də belə etməyi məsləhət görür, bununla da gələcəkdə daha ağar formalı patologiyaların əsasını qoymuş olurlar. Çox xəstəm olub ki, bu üsulla boyun onurğa sümüyü və disklərini yerindən tərpədib, onurğa arteriyalarını zədələyib, baş beyinə gedən qan dövranını pozub. Onurğa sütununa baxdıqda boyunda fəqərələrin yerləşməsi bel fəqərəsindən fərqlənir. Boyunun arxasında əsas beyini qidalandıran arteriyalar, damarlar var. Boyunla hər necə oldu kəskin hərəkətlər, masaj o damarları zədələyir.
Həkim boyun üçün zərərsiz hərəkətləri də göstərir: başın yüngülcə irəli, geri, sanki Hə, Yox deyirmiş kimi hərəkət etdirilməsi lazımdır. Gündə 20-30 dəfə bu hərəkətləri işdə, evdə etmək olar.