İndi isə turşulardan danışacağıq. O turşulardan ki, ev şəraitində hazırlanır və bazarlarda açıq satışa çıxarılır. Ev şəraitində turşu hazırlayanlar bir çox hallarda standartlardan xəbərsiz olurlar. Və nəticədə isə elə bu halda bazara çıxarılan turşuların əksəriyyəti lazımi analizlərdən keçmədiyindən zəhərlənmələrə və digər həyati təhlükələrə gətirib çıxara bilir.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, ev şəraitində hazırlanan turşular yoxlamadan keçirilmədən bazarlarda satışa çıxarılır. Satıcılar məhsulların yoxlamadan keçdiyini desələr də, sənəd təqdim etməkdə çətinilik çəkirlər.
Satıcılara deyir ki,heçbir sənədləri olmasa da, amma bazarın həkimi hər həftə yoxlayır.Həkimin turşuların keyfiyyəti ilə bağlı verdiyi sənədlərə baxmaq istəsək də onu yerində tapa bilmədik.
Lakin paytaxtdakı bəzi bazarlarda isə keyfiyyət yoxlamasından keçən turşuları tapmaq mümkündür.
Satıcılar deyir ki,alıcıların əksəri keyfiyyətlə bağlı yoxlama sənədi ilə maraqlanmırlar.Alıcıları isə ümumiyyətlə belə sənədin olduğundan xəbərsizdilər.əksər alıcını maraqlandıran isə yalnız qiymətdi.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə "XəzərXəbər"ə bildirdilər ki, evdə hazırlanan turşular mütləq bazarlardakı baytarlıq laboratoriyalarında yoxlanandan sonra satışa çıxarılmalıdır.Bu qaydalara əməl etməyən satıcıları isə 200 manat cərimə gözləyir.Bazarlardan alınan turşularda zəhərlənmə halı baş verdikdə isə məsuliyyəti bazarın sahibi, baytarlıq labaratoriyası və satıcı daşıyır.