Qadin.NET / Milyarderlərin küçəsini satın aldılar: "Bu, inanılmaz məsələdir, əsl şokdur!" - FOTO

Milyarderlərin küçəsini satın aldılar: "Bu, inanılmaz məsələdir, əsl şokdur!" - FOTO

ABŞ-ın San-Fransisko şəhərində dünyanın bəlkə də ən qəribə, fantasmaqorik alqı-satqı əməliyyatı gerçəkləşib.

Şəhərin ən dəbdəbəli, sakit, zənginlərin yaşadığı səmtdə 38 malikanənin yerləşdiyi küçə satılıb. Özü də "vur-tut" 90 min dollara.

Milli.Az NBC-yə istinadən bildirir ki, Presidio Terras küçəsini 90 min dollara Maykl Çenq və Tina Lam satın alıblar.

Ər-arvadın dediklərinə görə, küçənin sahibləridir və bundan sonra Presiodo Terrasada avtomobilini saxlamaq istəyən hər kəs onlara icarə haqqı verməlidir.

Küçənin sakinləri milyarderlərdir.

Presidio Terras küçəsinin satışa çıxarılmasının səbəbi 30 ildən bəri bələdiyyə vergisinin ödənilməməsi olub.

Küçədəki malikanə sahiblərindən biri deyib: "Bu, inanılmazdır, əsl şokdur!"

İllik məbləği cəmi 14 dollar olan vergi ödənilmədiyindən San-Fransisko şəhər bələdiyyəsi sakinlərə dərs vermək məqsədilə küçəni hərraca çıxarmışdı.

Küçədəki səkilər, qazonlar, bitkilər, avtomobil dayanacaq yerləri satış lotuna daxildi.

Malikanələrin sakinləri isə satışdan bixəbər olublar.

Presidio Terras küçəsindəki 38 malikanə arasında ən ucuzunun dəyəri 5,1 milyon dollardır.

Sakinlər arasında məşhur iş adamları, siyasətçilər də var.

Məşhur amerkialı siyasətçi, senator Nensi Pelosi, San-Fransiskonun meri Cozef Alioto, senator Dayann Feynşteyn və milyarder investor Riçard Blum də bu küçədə yaşayır.

 

Milyarderlərin küçəsini satın aldılar: "Bu, inanılmaz məsələdir, əsl şokdur!" - FOTO

Milyarderlərin küçəsini satın aldılar: "Bu, inanılmaz məsələdir, əsl şokdur!" - FOTO

Milyarderlərin küçəsini satın aldılar: "Bu, inanılmaz məsələdir, əsl şokdur!" - FOTO

Milyarderlərin küçəsini satın aldılar: "Bu, inanılmaz məsələdir, əsl şokdur!" - FOTO


8 avqust 2017
GO BACK