Türkiyəli professor, kardioloq Asuman Kaftan həm oruc tutub, həm də idman etməyin ağır nəticələrə gətirib çıxaracağını deyib. Onun sözlərinə görə, bir az dincəldikdən sonra gəzintiyə çıxmaq olar, amma Ramazan ayı ərzində ağır idmanla məşğul olmaq qəti qadağandır.
Milli.Az publika.az-a istinadən bildirir ki, dietoloq peşəkar idmançılara oruc tutmağı tövsiyə etməyib: "Ümumiyyətlə peşəkar idmanla məşğul olan insanlar oruc tutmalı deyil. Oruc tutarlarsa, idmançıların səhhətlərində hər hansı problemlərlə üzləşməsi və ya göstəricilərinin azalması istisna olunmur. Həmçinin 16 saat ac qalan bədəni ağır məşqlərlə yükləmək doğru deyil. Həvəskar idmançılar isə məşqləri yüngülləşdirməli və saatı azaltmalıdır. Oruc tutanlar xüsusilə ekstremal idman növlərindən uzaq olmalıdır. Uzun müddət qaçmaq da təhlükəlidir. Xüsusən də kardio məşqlərinə Ramazan ayının sonuna qədər fasilə vermək lazımdır. Çünki məşq zamanı bədən tərləyir və orqanizm çoxlu maye itirir. Bu da orqanizmə zərər vura bilər".
Milli.Az