Hər dilin özünəməxsus, aid olduğu xalqın mədəniyyətinə, yaşam tərzinə xas xüsusi sözləri olur ki, digər dillərə tərcüməsi mümkün olmur. Milli.Az bildirir ki, belə sözlər ifadə etdiyi məna və lakonikliyinin cazibəsi ilə çoxumuza maraqlıdı.
İşlərindəki xırdalıqlara olduqca önəm verən və hər illustrasiyasına daha yaxından baxmağa məcbur edən ingilis illustrator Mariya Tiurina da bu cazibəyə düşənlərdəndir. Belə ki, "Untranslatable words" proyekti çərçivəsində belə sözləri illustrasiyalarda canlandırıb.
Duende
Duende (ispanca) - Bir sənət əsərinin insana dərindən təsir etmə gücü.
Baku-shan
Baku-shan (yaponca) - Gözəl qız, ancaq arxadan baxdığınızda.
Schadenfreude
Schadenfreude (almanca) - Başqalarının bədbəxliklərini görməkdən doğan məmnuniyyət.
Pålegg
Pålegg (norveçcə) - Bir dilim çörəyin üstünə yerləşə biləcək hər şey.
Torschlusspanik
Torschlusspanik (almanca) - "Bağlanan qapı qorxusu" və ya, yaş ötdükcə əldən çıxan fürsətlərə duyulan qorxu.
Kyoikumama
Kyoikumama (yaponca) - Övladına dərslərində uğurlu olması üçün amansızca yüklənən ana.
Age-Otori
Age-Otori (yaponca) - Saç kəsimi sonrası əvvəlkindən daha bərbad görünmək.
Schlimazl
Schlimazl (Yiddiş dili) - Davamlı uğursuzluğa uğrayan şəxs.
Gufra
Gufra (ərəbcə) - Bir ovuca sığa biləcək suyun miqdarı.
Luftmensch
Luftmensch (Yiddiş dili) - Xəyalpərəst insanları ifadə edən söz. Lüğəvi mənası "hava insanı". (publika.az)
Milli.Az