Mütəxəssislər qış aylarında tərəvəz şorbalarına üstünlük verməyi məsləhət görürlər. Həm sağlam, həm də arıqlamağa kömək edən xüsusiyyətləri sayəsində tərəvəz şorbası ideal qış yeməyidir.
Milli.Az lent.az-a istinadən belə ideal yeməklərdən olan 3 şorba reseptini təqdim edir.
Brokoli şorbası
Brokoli lif, vitamin baxımından olduqca zəngindir. İmmunitet sistemini gücləndirir və xəstəliklərə qarşı qoruyucu xüsusiyyətlərə malikdir. Axşam yeməklərində yeyilən brokoli şorbasının arıqladıcı xüsusiyyəti də var. Brokoli şorbasının ununu az etməlisiniz. Qaymaq əvəzinə süd istifadə etsəniz, yağsız şorba içmiş olarsınız. Axşam brokoli şorbası yedikdən sonra heç nə yeməyin. Uşaqlarınıza brokolini sevdirməyin ən gözəl yolu da brokoli şorbasıdır.
Ərzaqlar:
- 1 orta boy quru soğan
- 1 brokoli (təxminən 750 qr)
- 2 yemək qaşığı kərə yağı
- 375 qr süd (1,5 stəkan)
- 25 qr un
- 200 ml ət və ya toyuq suyu
- 1 qutu qaymaq
- 1 kiçik qutu qarğıdalı
- 100 qr noxud (dondurulmuş və ya konservləşdirilmiş)
- 1 ovuc doğranmış cəfəri
- 1 çay qaşığı zirə
Hazırlanması:
Tərəvəzləri yuyun və kiçik halqa formasında doğrayın. Yarım litr az duzlu suya südü də əlavə edərək tərəvəzləri qatın və tərəvəzlər yumşalana qədər bişirin. Daşmamasına diqqət edin. 10-15 dəqiqə bişsə, bəs edər. Qazanda yağı əridin və soğanları yanmadan qovurun. Un əlavə edərək bir az da qovurun. Ətin suyunu töküb davamlı qarışdırın. Bu qarışımı un qoxusu gəlməsin deyə 2-3 dəqiqə vam odda saxlayın. Digər qazandakı tərəvəzləri südlü suyu ilə birlikdə soğanlı-unlu qazana boşaldın. İlıqlanandan sonra blendrdan keçirin. Zirəni əlavə etməyi unutmayın. Sonra digər vəsaitləri qataraq qaynadın və üzərinə doğranmış cəfəri səpərək süfrəyə təqdim edin.
Kərəviz şorbası
Kərəviz tərkibindəki vitaminlərlə immunitet sistemini gücləndirir, eyni zamanda arıqladıcı təsirə malikdir. Artıq çəkidən azad olmaq istəyənlərin ən çox müraciət etdiyi pəhriz siyahılarında kərəviz ən əhəmiyyətli yeməkdir.
Ərzaqlar:
- 2 orta böyüklükdə kərəviz
- 1 limon suyu
- 50 qr marqarin yağı
- 3 şorba qaşığı un
- 1/2 l süd
- 1 l ət suyu
- 2 qaşıq doğranmış cəfəri
Hazırlanması:
Kərəvizi soyaraq kiçik hissələrə bölün. İçinə bir limon suyu qatılmış ət suyuna əlavə edərək qaynadın. Yağ, un və südlə orta qatılıqda qarışım hazırlayın. Yavaş-yavaş qarışdıraraq yumşalmış kərəvizli şorba suyuna qatın və bir az qaynatdıqdan sonra blendrdan keçirin. Şorba suyuna qatın və duz, istiot əlavə edərək süfrəyə verin. Şorbanın üzərinə tökəcəyiniz incə doğranmış cəfəri gözəl görünüş və ləzzət qatacaq.
İspanaq şorbası
Bol miqdarda dəmir ehtiva edir və arıqladıcı xüsusiyyəti var. Kalorisi az olduğu üçün olduqca sağlam bir qidadır. Süfrənizdən əskik etmədiyiniz qidalar arasında ilk yerdə olmalıdır.
Ərzaqlar:
- 400 qr təzə ispanaq
- 250 qr dana qıyması
- 1/2 şorba qaşığı un
- 800 millilitr ət suyu
- 6 ədəd hil
- 1/2 dəstə cəfəri
- Duz
- İstiot
- Bir çimdik darçın
- 60 qr kərə yağı
Hazırlanması:
İspanaqları yuyub suyunu süzün və çox incə doğrayın. Qıymanı incə doğranmış cəfəri, duz, istiot və darçın qataraq yoğurun, xırda-xırda küftələr düzəldin. 40 qr kərə yağını əridin, qızdırın və yumru küftələri qızardın. Sonra yağdan çıxarın və isti bir yerdə saxlayın. Məsələn, 100 dərəcə isidilmiş sobada. Tavada qalan yağa 1/2 şorba qaşığı un qataraq qovurun və üzərinə 4 stəkanı ət suyu töküb qarışdırın, sous halına gətirin. Bu sousu bir qazana tökün və üzərinə qalan ət suyunu boşaldın. Qapağı açıq qoyun və orta dərəcəli odda qaynadın. Qalan 20 qr kərə yağını qızdırın, incə doğranmış ispanaqları 5 dəqiqəyə qədər bu yağda qovurun və hazırlamış ət suyunu üzərinə boşaldın. Duz və istiot əlavə edin. Yumru küftələri də şorbaya qatdıqdan sonra qapağı açıq qoyaraq qaynadın.
Milli.Az