Axır vaxtlar arıqlamağım barədə çox suallar verirlər, bezməyə başlamışam. Mənim 100 kq çəkim olmayıb ki? Yəni, dolu olmuşam, o qədər də kök olmamışam.
Milli.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında əməkdar artist Sevda Ələkbərzadə deyib.
Sənətçi bildirib ki, xanımlar pəhriz saxlamaq üçün tənbəllik edirlər:
"Ümumiyyətlə, şəxsi xarakter daşıyan sualları sevmirəm. Bunu hardasa şəxsi sual hesab edə bilərəm. Amma insanlar çox maraqlanır. Bir çox xanımlar arıqlamaq istəyir. Bu da normal bir şeydir. Amma bizim xanımlar tənbəllik edir, pəhriz saxlamaq istəmirlər. Çəkimlə bağlı məni müzakirə etmələri bir müddətlikdir. Ondan sonra bu mövzular bitəcək, sənətimi müzakirə edəcəklər. Sadəcə, insanlar indi şokdadılar".
S.Ələkbərzadə arıqlama üçün əməliyyat etdirməsi barədə yayılan şayiələrə aydınlıq gətirib:
"Heç bir əməliyyat etdirməmişəm. İstəsəm belə, mümkün olan bir şey deyil. Mədə əməliyyatı üçün gərək insanın çəkisi 100 kq-dan artıq olsun. 60 kq çəkiyə sahib birini necə əməliyyat edə bilərlər? Bundan başqa əməliyyatlardan, həkimlərdən çox qorxuram. Düşünürəm ki, çox çəkim olsa belə, əməliyyat olunmazdım. İnsan var ki, diş həkiminə getməyə çəkinir. Ağrıya dözümüm yoxdur, sevmirəm".
Əməkdar artist deyib ki, heç vaxt reklam arxasıyla qaçmayıb:
"Müğənni hər bir janırda mahnı ifa edə bilər. Təbii ki, bunu bacarırsa, belə addım atsın. Sənətin varsa, heç nədən qorxun olmur. Qocala, dəbdən düşə bilərsən. Məşhur ola bilərsən, ancaq populyar olmaq səndə alınmır. Və yaxud, populyarsan, ancaq sənətkar deyilsən. Şəxsən mən reklam arxasıyla qaçmamışam, başımı aşağı salıb işimi görmüşəm.
Heç vaxt kütləvi müğənni olmamışam, şəxsi istəyimlə belə addım atmamışam. Əsas odur ki, sənətimlə yadda qalım. İllər keçdikdən sonra geri çevirilib baxanda utanmaq istəmirəm. O qədər yaşlı və məşhur müğənnilər var ki, ancaq sənətləri yoxdur. Bunu ayıb hesab edirəm. İnsan yaxşı yaşlaşmalıdır".
Milli.Az