Qadin.NET / "Şok xəbər" yalanını necə bilməli? - MƏSLƏHƏTLƏR

"Şok xəbər" yalanını necə bilməli? - MƏSLƏHƏTLƏR

"Şok xəbər" yalanını necə bilməli? - MƏSLƏHƏTLƏR

Feyklər (uydurma məlumatlar) və təbliğat, bəzən də açıq yalanlar. Bütün bunlara informasiya axınında rast gəlmək mümkündür və bu cür uydurma bilgiləri heç nədən şübhələnməyən insanlar həqiqət kimi qəbul edirlər. Özəlliklə də, etimad doğuran KİV-lərə çıxışların məhdudlaşdırıldığı məkanlarda.

İnformasiya ilə manipulyasiya üsulları da getdikcə dəyişir və tədricən inkişaf edir. Amma bir neçə meyar var ki, onun yardımı ilə düzgün və balanslaşdırılmış məlumatı manipulyasiya xarakterli informasiyadan fərqləndirmək mümkündür.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, "Donbass. Reallıqlar" radiosu Jurnalistlərin Təkmilləşdirilməsi üzrə Mərkəzin direktoru, informasiya eksperti Aleksandr Çekmışevin tövsiyələri əsasında dezinformasiyanı fərqləndirməyin meyarlarını toplayaraq təqdim edib. Yalan, uydurma məlumatları gerçəkdən fərqləndirmək istəyənlər həmin tövsiyələrlə aşağıda tanış ola bilərlər.

1. Şok məlumat

Yetərincə media savadı olmayan insanlara şok, qalmaqal, qorxu xarakteri daşıyan informasiyalara diqqət yetirmələri tövsiyə olunur. Bu cür informasiyalar, əsasən, insanın emosiyaları ilə oynayır. İzafi gərginləşdirmə, vəziyyətin, insanın və ya təşkilatınçirkaba bulaşdırılmış şəkildə təqdimatı varsa, çox güman ki, siz dezinformasiya ilə qarşılaşmısınız... Belə hallarda müstəqil mənbələrin təsdiqləmədiyi, inanılması çox çətin olan "dəhşətli faktlar"dan danışılır. Bu zaman "faktlar" həqiqət kimi təqdim olunur.

2. Kontraversiyalılıq

Söhbət hər hansı münaqişədən gedəndə, mütləq fərqli baxışların təqdim olunmasına diqqət yetirmək gərəkdir. Bəzən jurnalistin özü tərəflərdən birinə qarşı açıq-aşkar rəğbət və ya antipatiya bəsləyir. Nəticədə duruma şərh verən ekspertlərin hamısı və ya böyük əksəriyyəti eyni nöqteyi-nəzəri dəstəkləyirlər. Bu zaman qarşı tərəfin - ittiham edilən insanın və ya tərəfin fikirləri təqdim olunmur.

3. Qaynaqlar

Söhbət sensasiyalardan gedəndə, məlumatın qaynağının nə dərəcədə dəqiq göstərildiyinə, onun nə dərəcədə etibarlı olmasına və identifikasiyanın dəqiqliyinə fikir vermək lazımdır. Əgər istinad edilən qaynaq kifayət qədər etibarlı deyilsə və ya həmin qaynaq təkdirsə, bunun xüsusi vurğulanması vacibdir.

4. Tonallıq

Jurnalistin özünün, eləcə də ekspert və ya şərhçilərin hər hansı bir şəxsin və ya şeyin haqqında söhbətləri uyğun səviyyəyə uyğun tonallıqla tarazlaşdırılmayıbsa, feyk ehtimalı çox böyükdür. Yəni bu zaman informasiyanın və ya ona verilən şərhlərin təqdimat tonu emosional və birtərəfli olur.

Milli.Az

30 yanvar 2017
GO BACK