Qadin.NET / Süni yumurta Azərbaycanda hazırlanır?

Süni yumurta Azərbaycanda hazırlanır?

Süni yumurta Azərbaycanda hazırlanır?


Çinlilər saxta düyüdən sonra saxta yumurta da istehsal etməyə başlayıb. Bir neçə gün öncə sosial şəbəkələrdə yayılan video insanların təşvişinə səbəb olub. Belə ki, bir gənc Sabunçu rayonunda yerləşən mağazalardan birindən aldığı yumurtanı sındırdıqdan sonra onun sarısının qəribə olmasının fərqinə varır. Yumurtanın sarısını əli ilə tərpətdikdə onun plastikə bənzər şəkildə olduğuna diqqət çəkir. Bəs bu görüntülərdəki yumurta haradan gəlir və nədir?

Qafqazinfo” xəbər verir ki, “Bizim Yol” qəzetinin yazdığına görə, hələ bir neçə gün öncə Türkiyə mətbuatında Çində saxta yumurtaların hazırlanması ilə bağlı məlumatlar yer alıb. “Milliyet” qəzetində yer alan materiala əsasən, çinlilər bununla kifayətlənməyərək sirlərini paylaşmaq üçün “saxta yumurta kursları” açıblar. Belə kurslardan biri ölkənin cənubundakı Şenjen şəhərində açılıb. Məhz həmin kursa gizli yolla daxil olan honqkonqlu jurnalistin əldə etdiyi məlumat ölkə ictimaiyyətini heyrətləndirib. Parafin və jelatin kimi müxtəlif kimyəvi maddələr sayəsində istehsal edilən yumurtaları əslindən fərqləndirmək xeyli çətindir.

Saxta məhsullar uzaq Çindən hansısa yollarla gəlib bazarımıza, süfrələrimizə daxil ola bilib. Süni yumurtanın da gətirilməsi istisna deyil. İlkin baxışda adi toyuq yumurtasından heç nə ilə fərqlənməyən saxta yumurtaları adi toyuq yumurtasından seçmək üçün diqqətli olmaq lazımdır. Belə ki, bu yumurtanın rəngi daha şəffaf olur. Qabığı gips, kalsium və parafindən ibarətdir. İçərisindəki yumurta ağı və sarısı jelatin və kalsium qarışığından əmələ gəlir. Əvvəlcə yumurtanın sarısı hazırlanır. Kimyəvi qarışıq piqmentlərlə sarı rəngə boyanır, xüsusi forma verilir. Sonra bu qarışıq maddə kaliuma salınır və onun ətrafında nazik qoruyucu təbəqə formalaşdırılır. Bununla da yumurta sarısının axmasının qarşısı alınır. Bu formada yumurta sarısı zülalla böyüyür.

Hazırlanmış məhlul süni qabıqla örtülür, bir neçə dəfə parafin, gips və kalium tozundan hazırlanmış məhlula salınır. Bu yumurtalar toyuq yumurtasına nisbətən daha ucuz qiymətə satılır.

Xəbərin mətbuatda yer almasından sonra insanlar bazar və marketlərdən aldıqları yumurtalara artıq şübhə ilə yanaşırlar.

25 noyabr 2016
GO BACK