Qadin.NET / "Təbii aspirin"in faydaları

"Təbii aspirin"in faydaları

"Təbii aspirin"in faydaları


Moruq çox faydalı giləmeyvədir. Bu əsl təbii dərmandır. Moruq C vitamini ilə olduqca zəngindir.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bundan əlavə moruqda A, PP, E, B qrupu vitaminləri, kalium, kalsium, fosfor, mis, maqnezium, dəmir, selen kimi faydalı minerallar, efir yağları var. Moruq müxtəlif turşularla (salisil, alma, limon turşusu) zəngindir.
Moruğun tərkibində antosian maddəsi var ki, bu maddə damar və kapilyarları möhkəmləndirir, onların elastikliyini artırır.
Moruq orqanizmdə aterosklerozun inkişafını ləngidir.
Təzə moruq baş ağrıları zamanı çox yaxşı kömək edir. Bu giləmeyvənin tərkibində salisin turşusunun olmağı ilə izah olunur.
Moruq təbii sidikqovucu və iltihabəleyhinə vasitədir. Sidik kisəsi və sidik yolları xəstəlikləri zamanı bu giləmeyvənin dəmləməsi çox yaxşı müalicəvi təsir edir.
Moruq salisil turşusu ilə zəngindir. Salisil turşusu oynaqlar xəstəlikləri zamanı çox yaxşıı kömək edir.
Moruq soyuqdəymə xəstəlikləri zamanı çox yaxşı müalicəvi təsir edir - hərarəti salır, xəstəliyin simptomlarını azaldır, tərlədir, immuniteti möhkəmləndirir. Məhz bu səbəbdən moruğu "təbii aspirin" adlandırırlar. Soyuqdəymə zamanı təzə moruğu suda çay kimi dəmləmək, moruqdan kompot bişirmək olar.
Moruq ürək-damar sistemi üçün çox faydalıdır - yüksək təzyiqi aşağı salır, qanın tərkibini yaxşılaşdırır.
Moruq pektinlərlə zəngindir və bu səbəbdən mədə-bağıraq sisteminə də çox müsbət təsir edir. Moruq bağırsaqları təmizləyir, onlara antiseptik təsir edir, həzmi yaxşılaşdırır, iştahanı artırır.
Moruq yarpaqları da çox təsirli müalicəvi vasitədir. Moruq yarpaqları dəmləməsi soyuqdəymə, angina, laringit, stomatit zamanı çox yaxşı müalicəvi təsir edir. Bu xəstəliklər zamanı dəmləməni qarqara şəklində istifadə etmək lazımdır.
Moruq yarpaqları dəmləməsi öskürək, bronxit zamanı bəlğəmgətirici təsir edir, iltihabı azaldır. Dəmləməni hazırlamaq üçün 10 moruq yarpağını 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin və gündə 3 dəfə 1/3 stəkan olmaqla qəbul edin. Dəmləməyə bal da əlavə etmık olar.
Həmçinin moruq yarpaqları dəmləməsi çay kimi də qəbul etmək olar. Belə çay həm dadlı, ətirli, həm də çox faydalıdır - immun sistemini möhkəmləndirir, sinir sisteminə müsbət təsir edir.
Milli.Az

19 avqust 2016
GO BACK