Milli.Az Sağlamolun.Az-a istinadən bildirir ki, imtahana hazırlaşdıqda menyuya bu kimi qidaları daxil edin:
- Balıq. Balığın tərkibində olan xüsusi Omeqa-3 yağ turşuları beynin fəaliyyətinə olduqca yaxşı təsir edir. Həftə ərzində 2-3 dəfə suda və buğda bişmiş balıq yeyin.
- Qoz-fındıq beynin fəaliyyətini stimullaşdırır. Hər gün 1 ovuc qoz-fındıq (qoz, fındıq, badam, araxis, keşyu, makadamiya və s.) yeyin.
- Şokolad. Hər gün 3-4 tikə tünd şokolad yeyin. Bu da beynin fəaliyyətinə stimullaşdırıcı təsir edir.
- Qara qəhvə tanınmış stimulyatordur. Hər gün 1-2 fincan yaxşı təbii qəhvə için. Lakin bundan artıq qəhvə içməyin. Bu, əks-təsir göstərə bilər.
- Lobya. Sübut olunub ki, lobyanın qəbulu yaddaşı yaxşılaşdırır.
- Kök. Karotin və A vitamini ilə zəngin olan kök beyinin fəaliyyətinə müsbət təsir edir.
- Meyvə quruları (xüsusilə əncir, ərik qurusu) təfəkkürü, yaddaşı yaxşılaşdırır.
- Yumurta beynin fəaliyyətinə müsbət təsir edir. Hər gün 1 yumurta yeyin.
- Su. Suyun normal miqdarda qəbulu orqanizmin normal fəaliyyəti üçün çox vacibdir.
Susuzlaşma beynin fəaliyyətini pozur, diqqətin, yaddaşın zəifləməsinə səbəb olur. Təmiz su için, şirin qazlı içkilər beyin üçün ziyanlıdır.
Mənbə: Milli.Az