Detoks bədəni toksinlərdən təmizləməyə kömək olur. Yayda tətil günlərində çəkinizə nəzarəti itirdikdə və ya spirtli içkilərdən sonra detoks ən yaxşı vasitədir.
Milli.Az Lent.Az-a istinadən sizə detoks üçün yeyə biləcəyiniz 8 möcüzəvi qidadan bəhs edəcək.
Kələm Kələm yüksək kortizol səviyyəsinin dəridə meydana gətirdiyi problemlərlə və qırışlarla mübarizə apara bilən bir qidadır. Kələm kimi antiinflamatuar xüsusiyyəti olan, A, E, C vitamini ilə zəngin qidalar kortizol səviyyəsini salmaqda müsbət təsirlərə malikdir. Eyni zamanda, göz ətrafı qırışları da azaldır. Bənövşəyi kələm yaşıla nisbətən 6-8 qat daha çox C vitamini ehtiva edir.
Şüyüd Zəif qan dövranı saç tökülməsindən tutmuş dəri tündləşməsinə qədər bir çox sağlamlıq probleminə səbəb olur. Şüyüd toxumalarda sürətli qan dövranını təmin edir və dərini təmizləyir. Qırmızı qan hüceyrələrinin bədən və dəriyə daha çox oksigen daşımasını təmin edir. Dəmir tərkibli qidadır. Bundan başqa, dərinin qurumasının qarşısını almağa kömək edir, kalsium və yod baxımından da zəngindir.
Çuğundur Çuğundur solğun gözlərə parlaqlıq gətirir və limfa sistemini canlandırır. Çuğundur yüksək dəmir ehtiva edir. Tərkibində, eyni zamanda, qaraciyər və limfa sağlamlığını dəstəkləyən antioksidan olan betasiyanin var. Çuğundur qan hüceyrələrini və bədəni gözə gedən kapilyar damarlarda olan toksinlərdən təmizləyən təbii bir qidadır. Qanda oksigen daşıma qabiliyyətini 400% artırır.
Keşniş Antisellülit təsiriylə yağ hüceyrələrini böyüdür, sellüliti artıran ağır metalların bədəndən xaric edilməsinə kömək olur.
Yulaf Yüksək lif tərkibiylə sellülitlə mübarizə aparan qidadır. Lif yağ hüceyrələrində ortaya çıxan toksinlərin təmizlənməsi və yox edilməsinə kömək olur. Bunun sayəsində bədəndə yenidən dövriyyəyə qatılıb sellülitə çevrilməsinə maneə törədir. Təbii və işlənməmiş olmalıdır.
Narıncılar Dəridə kollagen meydana gətirən və sellülitin qarşısını alan C vitamini qaynağı qidalardır. Mədə narahatlığınız yoxdursa, sitrus bitkilərini ac qarına yeyin.
Qoz Dərinizin daha yumşaq və gözəl olmasına kömək edən bir gözəllik qidasıdır. Hüceyrə membranını oksidativ zərərlərə qarşı gücləndirən və oynaqları sakitləşdirən təsiri var. Tərkibində olan Omega 3 dərini möhkəmləndirir və daha elastik edir. Qoz kimi gözəllik yağları yaşla bağlı ləkələri, dəridə sallanmaları, saçdakı nazikləşmənin qarşısını alır. Qozu tək halda və yemək, salat, şirniyyatlarınızda istifadə edə bilərsiniz.
Ağ tum Zərərlərə yol açan sərbəst radikallardan təmizlənməyə kömək edir. Yaşlılıq ləkələrini aradan qaldırmaq və onların yaranmasının qarşısını almaq gücünə malik olan E vitamini ilə zəngindir.
Mənbə: Milli.Az