Qadin.NET / Arıqlamaq istəyirsinizsə, nahar yeməyinizi...

Arıqlamaq istəyirsinizsə, nahar yeməyinizi...

 

Arıqlamaq istəyirsinizsə, nahar yeməyinizi...

Alimlər araşdırıblar ki, arıqlamanın effektivliyi tək qidaların özündən deyil, onların qəbul vaxtından da asılıdır.

 

Milli.Az Sağlamolun.Az-a istinadən bildirir ki, Amerika alimləri çox maraqlı eksperiment aparıblar. Artıq çəkisi olan qadınlara arıqlamaq proqramında iştirak etməyi təklif ediblər.Eksperimentdə iştirak edən qadınları 2 qrupa böldülər. Birinci qrup qadınlar nahar yeməyini günorta saat 3-ə kimi, 2-ci qrup isə 3-dən sonra yeyirdi.Müşahidə nəticəsində məlum olub ki, nahar yeməyini saat 3-ə kimi qəbul edən qadınlar daha tez arıqlayırdı. Həmçinin 2-ci qrupda olan qadınlarda insulinə qarşı həssaslığın azalması müşahidə olunub. Bu isə gələcəkdə şəkərli diabetin inkişafı riskini artırır.

Mənbə: Milli.Az

16 mart 2016
GO BACK