Arıqlamaq üçün istəmədiyiniz ərzaqları yeməyə məcbur deyilsiniz. Ən sevdiyiniz meyvələr, içkilər vasitəsilə də artıq çəkidən azad ola bilərsiniz. Yəqin ki, kokteyli sevməyən yoxdur.
Milli.Az Geccə .az-a istinadən kokteyl ilə arıqlamağın üsullarını təqdim edir.
Bu kokteyllər tamamilə meyvələrdən hazırlanır, tərkibində kalori yoxdur, arıqladır. Bu qarışığa dondurma, süd, krem əlavə etsəniz, bu zaman kalorinin sayı artacaq və istədiyiniz fiquraya sahib ola bilməyəcəksiniz.
Bananlı smuzi
Bu kokteyli hazırlamaq üçün 1 stəkan kefir, 1 banan və 1 çimdik darçın lazım olacaq. Əvvəlcə bananı blenderdə əzin, sonra üzərinə kefiri və darçını əlavə edib blenderdən keçirin.
Kokteyl hazırdır. Bu kokteylin tərkibində kalori yoxdur, rahatlıqla içə bilərsiniz.
Üzüm kokteyli
Üzüm kokteyli həzmi asanlaşdırır. Bu kokteyl üçün 1 salxım ağ üzüm, 1 parça ananas, 1 yaşıl alma, 1 kivi götürün. Əvvəlcə üzümü salxımından ayırın və tumları ilə birgə onu blenderdən keçirin. Yaşıl alma və kivinin qabıqlarını soyun, üzümün üzərinə əlavə edin. Sonra ananası da əlavə edib bu qarışığı yenidən blenderdən keçirin. Bu kokteyli yemək yeyərkən içmək lazımdır, çünki kokteyl yeməyin tez həzm olunmasına kömək edir.
Smuzi qaspaço
Bu kokteyli hazırlamaq üçün lazım olan ərzaqlar 1 pomidor, 1 xiyar, 1 şirin bibər və istənilən göyərtidir. Bütün bu ərzaqları blenderdən keçirin, kokteyl hazırlayın. Tərkibində kalori olmayan bu kokteyl sizi arıqladacaq.
Mənbə: Milli.Az