Milli.Az lent.az-a istinadən böyrək sağlamlığına faydalı olan qidaları təqdim edir.
1. Qatıq
Kalsium və D vitamini baxımından zəngin olan qatıq böyrək sağlamlığında mühüm rol oynayan qidalardan biridir. Xüsusilə yemək aralarında yeyilən qatığın böyrək sistemini tənzimləyən və işinə kömək edən təsiri mövcuddur. Təzə meyvə və ya tərəvəzlərlə qarışdırılaraq yeyilən qatıq meyvələrin C vitamini və mineral təsirləriylə birləşərək böyrək funksiyalarına müsbət təsir edir.
2. Balqabaq tumu
Sink və dəmir mineralları ilə zəngin olan balqabaq tumu Omeqa 3 təsiri baxımından böyrək xəstəliklərində olduqca faydalıdır. Şəkər tarazlayıcı və böyrək sistemlərini təmizləyici funksiyanı yerinə yetirir. Bununla yanaşı, immunitet sistemini gücləndirən və depressiya, xroniki halsızlıq kimi mənfi hallara müsbət təsir edən daha bir xüsusiyyəti mövcuddur.
3. Balqabaq
Balqabaq xüsusilə böyrək daşı problemlərinə qarşı təsirli bir qidadır. Balqabağın tərkibində olan kalsium böyrək daşının meydana gəlməsinin qarşısını alır.
4. Alma
Əsasən qırmızı alma böyrək xəstəliklərinin müalicəsinə kömək edir və bir çox başqa xəstəliklərə tutulmamaq üçün qoruyucu vəzifəni yerinə yetirir. Alma böyrəyi təmizləyir və lif tərkibi ilə süzmə əməliyyatını ən yaxşı formada reallaşdırır. Gündə bir orta ölçülü alma yemək böyrək sağlamlığı üçün əhəmiyyətlidir.
5. Cəfəri
C vitamini təsiri yüksək olan cəfəri tərkibində olan vitamin və minerallarla böyrəkləri təmizləmə və işinə dəstək olma baxımından əvəzsizdir. Tərkibində su olan cəfəri hər səhər yeməyində çiy formada yeyildikdə dəmirin sorulmasına kömək olur. Cəfərinin enerji verici və lif təsiri yüksəkdir. Bununla yanaşı, mərkəzi sinir sisteminə də müsbət təsirləri mövcuddur.
6. Gavalı
Bədəndə dəmirin sorulmasına kömək olan gavalı A, B, C vitaminləri baxımından olduqca zəngindir. Böyrək başda olmaqla, ürək və xolesterol xəstəliklərinə da yaxşı təsir edir. Maddələr mübadiləsini sürətləndirir və eyni zamanda əvəzedilməz antioksidantdır.
7. Somon balığı
Omega 3 tərkibli balıq qrupları böyrək xəstəliklərini müalicə edən gücə malikdir. Tərkibində xəstəliklərdən qoruyan və böyrəyin rahat formada bütün funksiyaları reallaşdırması üçün lazım olan bütün minerallar var. Sink və dəmir tərkibi böyrəklərin işləməsinə və xəstəliklərin yaranmasının qarşısını almağa yardım edir.
8. Düyü
Düyü böyrək xəstəlikləri nəticəsində itirilən kalorilərin bərpası və xəstəliyin inkişafının qarşısının alınması, insanın həyat keyfiyyətinin artması baxımından olduqca əhəmiyyətlidir. Düyü şəkər xəstəliklərində diqqətli yeyilməlidir. Yüksək şəkəri olan böyrək xəstələrində xəstəliyi mənfi istiqamətdə dəyişdirə bilər. Lakin şəkər normada olduğu zaman düyü böyrəklərə müsbət təsir edir və müalicəsinə kömək olur.
Mənbə: Milli.Az