Qadin.NET / Xocalı soyqırımı günü Bakıda bu yollar bağlanacaq

Xocalı soyqırımı günü Bakıda bu yollar bağlanacaq

Xocalı soyqırımı günü Bakıda bu yollar bağlanacaq
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi Xocalı faciəsinin ildönümü, “Ana harayı”abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirakla əlaqədar sürücülərə xəbərdarlıq edib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədovun ANS PRESS-ə verdiyi  məlumata görə, fevralın 26-da paytaxtın Xətai rayonunda yerləşən “Ana harayı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Xocalı prospekti istiqamətində Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Süleyman Vəzirov, Mehdi Mehdizadə küçələrinin kəsişmələrindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.Səhər saat 08:00-dan tədbir tam başa çatana qədər İzzət Orucova, Ayaz İsmayılov, Heydərəli Tağızadə, Rövşən Əliyev, Fəzail Bayramov və Sergey Senyuşkin küçələrindən Xocalı prospektinə doğru avtomobillərin istiqaməti dəyişdiriləcək.Vaqif Əsədov bu istiqamətlərdə nəqliyyat sıxlığının yaşanmaması üçün vətəndaşlara, sürücülərə göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi və ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir.Bakıda Xocalı soyqırımı (“Ana harayı”) abidəsi Bakı şəhərinin Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidədir.  1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİdövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Nəticədə fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova bürünüb. Şəhər əhalisindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Gülləyə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. 

Mənbə: ANS PRESS

 

24 fevral 2016
GO BACK