İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, fevralın 26-da paytaxtın Xətai rayonunda yerləşən “Ana harayı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Xocalı prospekti istiqamətində Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Süleyman Vəzirov, Mehdi Mehdizadə küçələrinin kəsişmələrindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.Səhər saat 08:00-dan tədbir tam başa çatana qədər İzzət Orucova, Ayaz İsmayılov, Heydərəli Tağızadə, Rövşən Əliyev, Fəzail Bayramov və Sergey Senyuşkin küçələrindən Xocalı prospektinə doğru avtomobillərin istiqaməti dəyişdiriləcək.Vaqif Əsədov bu istiqamətlərdə nəqliyyat sıxlığının yaşanmaması üçün vətəndaşlara, sürücülərə göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi və ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir.Bakıda Xocalı soyqırımı (“Ana harayı”) abidəsi Bakı şəhərinin Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidədir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİdövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Nəticədə fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova bürünüb. Şəhər əhalisindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Gülləyə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.
Mənbə: ANS PRESS

XƏBƏR LENTİ
Boğaz ağrısı üçün sarımsaqlı çay
Azərbaycan sərhədçiləri Səudiyyə Ərəbistanından olan həmkarlarına dərs keçdilər - FOTO
Dünya və Azərbaycanda yeni dərs ili necə olacaq? - VİDEOREPORTAJ
İqtidar əlkimyası və ya yeni yalanlar
Dünyanın ən bahalı Yeni il ağacı - VİDEO
Azərbaycan səfiri İsveçrə prezidenti ilə görüşdü
Türkiyədə seçkilərin nəticələri açıqlandı: AKP öndədir
Kabayeva mandatdan imtina etdi
Təhsi haqqından azad edilən tələbələr ən çox hansı ali məktəbdədir? - SİYAHI
İlham Əliyev Ramazan Abdulatipovla görüşdü
TQDK-dan Facebook açıqlaması
Azərbaycanın ilk pilotsuz təyyarəsi
“Yıxıldım, bildim ki, ölmədim, minaya düşmüşəm, “gəlmə” deyə qışqırdım” - VİDEO
Qeyri-adi güldanlar
"Ginnesin Rekordlar Kitabı" ötən ilin əsas uğurunu açıqladı
Yeni il süfrəsi üçün salat və qəlyanaltıların hazırlanması
İslandiyada yeni qanun-"X"
Molla Nəsrəddin demişkən
Kaka onunla evlənir-FOTO
Azərbaycanda şaxtalı hava şəraiti olacaq
Güllərimizi düzgün seçək
Nəsli kəsilmiş növlərin həyata qaytarılması
Azərbaycan "Eurovision - 2014"ün I yarımfinalında mübarizə aparacaq
Körpələr üçün maraqlı hədiyyələr
Elvis Preslinin alt paltarı hərraca çıxarılacaq - FOTO
Yol polisindən qadağa
Cəbhədə erməni təxribatı davam edir
ABŞ-da şəhər satılır-VİDEO
100 milyon illik yırtıcı tarakan tapıldı
Zövqlü ziyafət donları
Adət ənənə "Toy"
Yunan qabağı ruleti (foto resept)
İlham Əliyev: “Daha 16 kəndimiz işğaldan azad edildi”
Avstraliya da İŞİD-ə qarşı mübarizəyə qoşuldu
Azərbaycanda sərnişindaşıma fəaliyyəti dayandırıldı - RƏSMİ
Şərab və aspirindən dəhşətli xəstəliyə qarşı dərman
Tək nahara 150 min dollar xərcləyən Saşa -FOTO
Serj harada gizlənir?
Şəkərdən çox istifadə etdiyinizi göstərən hallar
Qeyri-adi iş təklifi
Sabahın HAVAsı
Türk bayrağını təhqir edən aktyora cinayət işi açıldı
"Nərgiz buketi" salatı (foto resept)
Naringili, jeleli piroq (foto resept)
"Azərbaycan regionda lider dövlətdir"
Yuxularımızı kimlər yoza bilər?
Yazmağa başlayıram - 4
Günün ulduz falı - 26.01.2014
Birinci xanım Mehriban Əliyevaya Veliko Tırnovo şəhərində fəxri vətəndaş və fəxri doktor diplomları təqdim edilib
Baş Nazirdən pandemiya dövründə kafe və restoranlarla bağlı QƏRAR

- ŞƏRHLƏR