Qadin.NET / Yaşamaq üçün dünyanın ən yaxşı şəhərləri seçildi

Yaşamaq üçün dünyanın ən yaxşı şəhərləri seçildi

 

Yaşamaq üçün dünyanın ən yaxşı şəhərləri seçildi

Yaşamaq üçün dünyanın ən yaxşı şəhəri seçilib. ANS PRESS-in məlumatına görə, bu ada Avstriyanın paytaxtı Vyana layiq görülüb. Beynəlxalq müşavirlik şirkəti olan "Mercer" həyat tərzinin keyfiyyəti ilə bağlı apardığı araşdırmanın nəticələrini dərc edib. Bu siyahı 18-ci dəfədir ki, hazırlanır. 

 

Sıralamada Vyananı Sürix, Almaniyanın MünhenDüsseldorf, Frankfurt kimi şəhərləri izləyir. İlk onluqda CenevrəKopenhagenSidney kimi şəhərlərin də adları var. Ümumiyyətlə,  yaşamaq üçün ən yaxşı yerlər sırasında Avropa şəhərləri çoxluq təşkil edir. Ümumilikdə 230 şəhərin yer aldığı siyahıda yaşamaq üçün ən pis şəhər İraqın paytaxtı Bağdaddır. Son yerlərdə qərarlaşan ölkələr arasında Suriya, Çad, Konqo və sairə var. "Guardian" qəzeti dünyanın ən iri şəhərlərindən hesab edilən London, Paris, Nyu-York kimi şəhərlərin bu dəfə siyahının ön sıralarında yer ala bilməməsinə diqqət çəkib. Belə ki, İngiltərənin paytaxtı London 39-cu, Fransanın paytaxtı Paris 37, ABŞ-ın ən böyük şəhəri olan Nyu-York isə 44-cüdür. Bu şəhərlər hava kirliliyi, nəqliyyat sıxlığı kimi amillərə görə geridə qalıb. Bu siyahıda Azərbaycanın da  adı var. Paytaxt Bakı 197-ci pillədə qərarlaşıb. Şimal qonşumuz Rusiyanın paytaxtı Moskva 167, Türkiyənin İstanbul şəhəri 122, İran- Tehran 203, Tiflis isə 188-ci yerdədir.Araşdırmada sosial, iqtisadi şərait, o cümlədən səhiyyə, təhsil, sığınacaq, ətraf mühit kimi amillər nəzərə alınıb. İri şirkətlər də iş qurmaq üçün əsasən bu araşdırmanın nəticələrinə diqqət yetirirlər. 

Mənbə: ANS PRESS

23 fevral 2016
GO BACK