Qadin.NET / Milyon dollarlıq avtomobil təqdim olundu

Milyon dollarlıq avtomobil təqdim olundu

 

Milyon dollarlıq avtomobil təqdim olundu

Birləşmiş Ərəb Əmirliklərinə məxsus (BƏƏ) "W motors" avtomobil şirkəti yeni idman avtomobilini təqdim edib. ANS PRESS-in məlumatına görə, Yaxın Şərqin ən dəbdəbəli avtomobillərindən olan "Fenyr Supersport"un qiyməti 1.4 milyon dollar təşkil edir. Avtomobil Dubay Avtomobil Sərgisində nümayişə çıxarılıb. "Fenyr Supersport" W motorz şirkətinin ikinci lüks modelidir və bu modeldən cəmi 25 ədəd istehsal olunub. Avtomobil texnologiyanın ən son cihazları və proqramları ilə təchiz olunub.
Daha əvvəlki model "Likan Haypersport" Forsaj 7 filmində istifadə olunmuşdu. "Likan Haypersport" cəmi 7 ədəd idi və qiyməti 3.4 milyon dollar təşkil edirdi.
Dubay Avtomobil Sərgisində hazırda 150 avtomobil istehsalıçısının 600-ə yaxın avtomobili nümayiş olunur. Sərgi noyabr ayının 14-ünə kimə davam edəcək.

 

Mənbə: ANS PRESS

11 noyabr 2015
GO BACK