Rusiya xarici işlər naziri Sergey Lavrovun noyabrın 9-da İrəvana səfəri Dağlıq Qarabağmünaqişəsinin həlli ilə bağlı bir sıra iddiaların yayılmasına da səbəb olub.
ANS PRESS-in məlumatına görə, Ermənistanın müxalifyönlü “Aykakan jamanak” qəzeti Lavrovun səfərinin əsas məqsədinin münaqişənin həlli üçün Rusiyanın təşəbbüsünün kulisarxası proseslə bağlı olduğunu yazır.
Söhbət Qarabağ ətrafındakı bir neçə rayonun Azərbaycana qayatarılmasından gedir.
"Hakimiyyətə yaxın dairələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistanı bir neçə rayonu qaytarmağa razı salmağa çalışır. Bunun sayəsində isə o Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünə razılıq əldə etmək niyyətindədir".
İddiaya görə, Rusiya xarici işlər nazirinin S.Lavrovun Ermənistana səfərinin məqsədi də məhz bu idi.
Ermənistanın populyar analitika portalı "Lragir" də iddia edir ki, Lavrov Ermənistana Qarabağ münaqişəsinin həlli üçün gəlir və İrəvanın qarışısında Azərbaycanın xeyrinə tələblər qoyacaq.
Mənbə: ANS PRESS