Soyuğu artıq hiss etməyə başlamışıq. Qış aylarının gəlişinə də bir şey qalmayıb. Belə günlərdə isə sağlığımıza, özümüzə diqqət etməliyik. Qışın sevimli yeməyi şorba xəstəliklərlə mübarizə üçün mükəmməl çarədir. Aile.lent.az xəstəliklərlə mübarizə aparan şorba reseptləri təqdim edir. Qış mətbəxinizdə bu şorbaları əskik etməyin.
Quşqonmaz şorbası:A, B1, B2 və C vitamini ilə zəngin olan quşqonmaz bir çox dərdə dəvadır.
Mərci şorbası:Qansızlıq insanı əldən salır, gücünü tükədir və xəstəliklərə asan yol açır. Mərci şorbası yüksək nisbətdə fol turşusu və dəmir tərkibli olduğu üçün qansızlığa yaxşı təsir edir.
Tərəvəz şorbası:İmmunitet sisteminin güclü qalması üçün çox vacib olan tərəvəzlərdir. Buna görə qışda fərqli tərəvəzlərdən şorba bişirməyə tənbəllik etməyin.
Tarhana şorbası:Tərkibində bol miqdarda A, B və C vitamini, bol fosfor, yod, kükürd kimi bədənə çox faydalı maddələr var. Saymaqla bitməyən faydaları olan tarahana şorbası immunitet sistemi üçün olduqca mühümdür.
Toyuq suyu şorbası:Tərkibində olan B3 və B6 vitaminləri ilə immunitet sisteminə faydalıdır.
Yaşıl mərci şorbası: Yaşıl mərci fol turşusu qaynağı olaraq bilinir və B vitamini ilə olduqca zəngindir.
Mənbə: Milli.Az