Qadin.NET / Mənzil bazarının indiki vəziyyətində nə etməli?

Mənzil bazarının indiki vəziyyətində nə etməli?

 

Mənzil bazarının indiki vəziyyətində nə etməli?

Son zamanlar ölkənin mənzil bazarında durğunluq yaşanır. Hətta mənzillərin qiymətində müəyyən eniş müşahidə edilməsinə baxmayaraq, əvvəlki dövrlərlə müqayisədə mənzil bazarında aktivlik aşağı düşüb, alqı-satqı əməliyyatlarının sayı azalıb.
Bununla bağlı əmlak məsələlələri üzrə ekspert Ramil Osmanlı Milli.Az-a bildirib ki, mənzil bazarında qiymət azalması 2 amillə bağlıdır: "Birinci səbəb makroiqtisadi göstəricilərin azalması, ikinci səbəb isə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Birinci amili şərtləndirən səbəblər neftin qiymətinin kəskin azalması, Azərbaycanın əsas ticarət tərəfdaşı olan Rusiyada baş verən iqtisadi böhran, bu ölkədən daxil olan nəğd pul və alıcı kütləsinin məhdudlaşmasıdır. İkinci səbəb isə ölkə daxilində baş verən iqtisadi və inzibati proseslərlə bağlıdır. Belə ki, yuxarıda qeyd etdiyimiz səbəblərlə yanaşı, bazara pul axınları azaldılır, infrastruktur, şəhərsalma və tikinti layihələri təxirə salınır və bunlarla eyni vaxtda bazara inzibati müdaxilələr edilir - devalivasiya haqqında qərar qəbul edilir, daşınmaz əmlakdan vergitutma ilə bağlı proses sürətləndirilir və s. Bütün bu proseslərin fonunda mənzil bazarında qiymət azalması qaçılmazdır, çünki tələb xeyli azalıb". R.Osmanlının fikrincə, indiki şəraitdən istifadə edib mənzil və ya torpaq almaq olar: "Amma nəzərə almaq lazımdır ki, yuxarıda sadalanan amillər daşınmaz əmlaka etimadı azaldır. İnsanlar əmin deyillər ki, devalvasiyanın 2-ci dalğası olmayacaq, vergitutma ilə bağlı əlavə və dəyişiklik baş verməyəcək. Bu səbəbdən hamı gözləmə mövqeyinə keçir və potensial alıcı əlindəki nağd pulu bu vəziyyət aradan qalxana kimi qorumağa çalışır".Bununla yanaşı ekspert alıcı və satıcılara məsləhət verməkdən də çəkinmir: "Bu məsələdə bazar qanunları daha aktual olmalıdı. Alıcı və satıcı nəyisə gözləməməlidir. Çünki bazarın sabahkı "qanunları" bugünkündən daha sərt ola bilər".

Mənbə: Milli.Az

10 oktyabr 2015
GO BACK