Qadin.NET / "İnter" və "Qəbələ"nin oyunlarının tarixi açıqlandı

"İnter" və "Qəbələ"nin oyunlarının tarixi açıqlandı

"İnter" və "Qəbələ"nin oyunlarının tarixi açıqlandı
Futbol üzrə Avropa Liqasında mübarizə aparan "Qəbələ" və "İnter" klublarının ikinci təsnifat mərhələsində oyunlarının vaxtı müəyyənləşib.
ANS PRESS-in məlumatına görə, ilk oyunlar iyulun 16-sı, cavab qarşılaşmaları isə bir həftə sonra - 23 iyulda oynanılacaq. İlk olaraq "Qəbələ" meydana çıxacaq. Təmsilçimizin rəqibi Serbiyanın “Çukariçki” klubudur. Bakı vaxtı ilə saat 23:30-da başlayacaq matç Serbiyanın paytaxtı Belqradda keçiriləcək. Cavab matçının başlama vaxtı isə 21:00-dır.
Təmsilçimiz birinci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" klubunu mübarizədən kənarlaşdırıb. Tiflisdəki görüşdə 1:2 hesabı ilə məğlub olan"Qəbələ", doğma meydanda 2:0 qələbə qazanıb.
Serbiya təmsilçisi isə Sloveniyanın "Domjale" klubunu məğlub edərək (1:0, 0:0) mərhələ adlayıb.
"İnter" isə İslandiyanın "Hafnarfyördur" klubu ilə üz-üzə gələcək. İlk görüş saat 00:15-də, cavab görüşü isə 21:00-da start götürəcək. Komandamız birinci təsnifat mərhələsində Albaniyanın "Laçi" klubunu mübarizədən kənarlaşdırıb. Hər iki matç heç-heçə başa çatsa da, təmsilçimiz səfər qolu hesabına mərhələ adlayıb.Hafnarfyordur" isə birinci təsnifat mərhələsində Finldandiyanın SJK klubu ilə qarşılaşıb. Səfərdə 0:0 bərabərə qalan islandlar, doğma meydanda matçın son dəqiqələrində vurduqları qolla 1:0 qalib gəlib və mərhələ adlayıb.

Mənbə: ANS PRESS

11 iyul 2015
GO BACK