Qadin.NET / Polşa Pentaqonu istəyir

Polşa Pentaqonu istəyir

 

 

Polşa Avropada Pentaqon üçün baza və regionda amerika hərbi qüvvələrinin əməliyyat aparması üçün ən yaxşı dəstəkçi ola bilər.
ANS PRESS-in məlumatına görə, bunu ölkənin baş nazir müavini və müdafiə naziri Tomaş Semonyak bildirib.
O deyib ki, Vaşinqtonda Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində Rusiyanın hərbi doktrinası haqqında danışıb və bunun praktiki tətbiq olunması məsələsinə kəskin cavab verib: "Rusiyadan gələn təhlükəni qorumaq üçün NATO müvəqqəti olaraq şərq sərhədində güclənməli və qoşunlarını burada yerləşdirməlidir."
Onun fikrincə, Polşa regionda "amerika hərbi fəaliyyətinin oxu" ola bilər. NATO ilə əməkdaşlığın müxtəlif formalarda inkişaf etdirilməli, həmçinin regionda başqa müttəfiqlərə, məsələn, Baltikyanı ölkələrlə hərbi bazaların tikintisinə başlanılmalıdır.
T.Semonyak çıxışında vurğulayıb ki, ölkə rəhbərliyi Varşavada daha çox amerikalı hərbçiləri görmək istəyir.

 

Mənbə: ANS PRESS

20 may 2015
GO BACK