Qadin.NET / İmtahana hazırlaşan abituriyentlər oxusun

İmtahana hazırlaşan abituriyentlər oxusun

İmtahan zamanı abituriyentlərin 96 faizi stres halında olur.
ANS TV-nin məlumatına görə, aparılmış statistik hesablamalarda bildirilir ki, abituriyentlərin stres altında olması imtahanda istənilən uğurun əldə edilə bilməməsinə səbəb olur. 
Psixoloqlar məsləhət görürlər ki, imtahanlarda maksimum uğur qazanmaq üçün abituriyent imtahana bir neçə gün qalmış ciddi hazırlıqlar dayandırılmalı, imtahan, onun gedişi, nəticəsinin necə olacağı barədə düşünməməlidir. İmtahandan öncəki bir-iki günü yalnız istirahətə və bu zamanadək aldığı biliklərin sistemləşdirilməsinə sərf etməlidir. Abituriyent daha çox sərbəst olmalı, gəzintiyə çıxmalı və beynini sakitləşdirməlidir.
Abiteriyentlərin yediklərinə diqqət etməsi də çox önəmlidir. Çünki yediyiniz qidalar diqqəti cəmləməyə, yaddaşı gücləndirməyə və daha yaxşı öyrənməyə xidmət edir. 
Həkim Arzu Musayeva deyir ki, abituriyentlər daha çox meyvə-tərəvəz, vitaminli yeməklər yeməlidir. Eyni zamanda şirniyyata, bala döşaba da üstünlük verməlidirlər. 
Həmçinin abituriyent yuxu rejiminə diqqət etməli, sutka ərzində 7-8 saat yatmalıdır. Çünki rahat, normal yuxu beyni sakitləşdirir. Beyin istirahət edir və bu da səhərki imtahanda insanın fikrini cəmləşdirməssini təmin edir. 
Bu dövrdə valideynlər də abituriyentə təzyiq etməməlidirlər. Çalışmaq lazımdır ki, ailədə gərginlik olmasın. Ailə mənəvi dayaq olmalı, uşaqda özünə əminlik hissini gücləndirməlidir. Bir şeyi də unutmaq olmaz ki, imtahanda uğursuz olmaq həyatda uğursuzluğa düçar olmaq demək deyil.

 

Mənbə: ANS PRESS

13 may 2015
GO BACK