Qadin.NET / Nepaldan gələnlər danışdı

Nepaldan gələnlər danışdı

 

 

Bu gün səhər saat 07:00-da Nepaldan azərbaycanlıları gətirən Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Heydər Əliyev hava limanında yerə endi.
ANS TV-nin məlumatına görə, bu təyyarə ilə Nepalda yaşayan 14 azərbaycanlıdan 13-ü və 4 Gürcüstan vətəndaşı təxliyyə edilərərək Azərbaycana gətirilib. Ölkədən çıxarılanlar Nepaldakı dəhşət barədə danışıblar. 
Təxliyyə edilən Fuad Xəlilov deyir ki, bir ildir Nepolda yaşayır və işləyir. Hər şeyini orada qoyub gələn həmyerlimiz Nepalda vəziyyətin çox acınacaqlı olduğunu, hamının çadırlarda və maşınlarda yatdığını deyir. 
Digər təxliyyə edilən Aygün Məmmədzadənin özü gəlsə də, həyat yoldaşı işi ilə əlaqədar Nepalda qalmağa məcbur olub. İki ildir orada yaşayan xanım vəziyyətdən çox qorxduqlarını açıqlayıb. 

Mənbə:ANS PRESS

1 may 2015
GO BACK