Qadin.NET / "Bakı-2015" qonaqlarına milli səhər yeməkləri təklif olunacaq

"Bakı-2015" qonaqlarına milli səhər yeməkləri təklif olunacaq

 

 

İlk Avropa Oyunları zamanı ölkəmizə üz tutan turistlər milli səhər yeməklərindən də dada biləcək. “Azerbaijan breakfast” heç də xaricə səfərlərimiz zamanı daddığımız ingilis və türk səhər yeməklərindən geri qalmır.
ANS TV-nin məlumatına görə, Beynəlxalq Turizm Təşkilatının dünyanın 80 ölkəsində aparılan tədqiqatlar göstərir ki, turistlərin 82 faizi səyahət etdiyi ölkələri mətbəxlərinə görə yadda saxlayıblar. Belə olan halda paytaxtımızda keçiriləcək ilk Avropa Oyunları zamanı ölkəmizin nəinki milli mədəniyyətinin, incəsənətini, tarixini deyil, həm də milli mətbəximizi təbliğ etmək üçün, həm də əla bir fürsət yaranır.
Bu fürsəti dəyərləndirmək üçün ölkədəki milli restoranlarla yanaşı otellərin də üzərinə az məsuliyyət düşmür. Çünki, mehmanxanalar əsasən səhər yeməyini pulsuz təklif edirlər. Buna görə də Mədəniyyət və Turizm Nazirliyi milli səhər yeməyi brendinin hazırlanmasını və hotellərdə təqdim olunmasının qərara alıb. 
Milli kulinariya mərkəzinin rəhbəri Tahir Əmiraslanov ilkin mərhələdə adekvat nəticə verə biləcəyini nəzərə alaraq yalnız yerli kənd təsərrüfatı məhsulları ilə zəngin olan kontinental səhər yeməyi və bir neçə çeşiddə sırf Azərbaycan mətbəxinə aid olan səhər yeməyini təklif etdiklərini bildirir:
“Milli səhər yeməyinin standart brendini, xörəklərin bişirilmə qaydalarına hazırladıq. Milli səhər yeməyinin standart brendini hazırlanmasına bir aydan çox vaxt sərf olundu. Sonra müzakirələrimiz oldu, bəzi dəyişikliklər etdik. Sonda bizim təqdim etdiyimiz sənəd Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəyənildi. Ümid edirik ki, otellərdə Avropa səhər yeməyilə yanaşı, milli səhər yeməkləri də təklif olunacaqdır”. 
Bir çox otellər öz səhər yeməyi menyularına milli məhsulları daxil ediblər. Paytaxtın nüfuzlu otellərindən birinin iaşə və içki inzibatçısı Mladn deyir ki, restoranın ayrıca bir güşəsində Azərbaycanın rayonlarından gətirilən süd, bal məhsullar,mürəbbələr və hətta bir neçə çeşiddə milli isti yemək də təklif edirik.
“Sizin çoxlu qoyun, keçi, inək, pendiri olan çeşidli süd məhsullarınız var. Həm də çərəzlərlə və göyərtilərlə zəngin yeməklərinz var ki, bu da sizin mətbəxi fərqli və zəngin edir. Xüsusilə kükünü qeyd edə bilərəm ki, bu da səhər yeməyi üçün idialdır”, – deyə mehmanxana inzibatçısı Mladn bildirib.
Mədəniyyət və Turizm Nazirliyi milli səhər yeməyi menyusuna hansı məhsulların və yeməklərin daxil edildiyini yekunlaşdırmaq üzrədir. 
Azərbaycanın səhər menyusunun tezliklə təqdimatı da olacağı gözlənilir.

 

Mənbə:ANS PRESS

2 may 2015
GO BACK