Qadin.NET / İran gəmiləri ABŞ-ı qorxutdu

İran gəmiləri ABŞ-ı qorxutdu

 

 

ABŞ-ın Müdafiə Nazirliyi İrana məxsus silahdaşıyan gəmilərin Yəmənə yaxınlaşmasından narahatdır. Milli.Az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. ABŞ-ın müdafiə naziri Eş Karter deyib ki, nəzarətdən çıxmış bir yerə müasir silahlar göndərmək üçün heç bir əsas yoxdur. O, Yəmənə doğru yol alan İran gəmilərinə qarşı hərbi əməliyyat keçirilməsi barədə sualı cavabsız qoyub. 
"ABŞ-ın nə etməyə hazırlaşdığını sizə demək fikrim yoxdur. Prezidentin də dediyi kimi, bizim variantlarımız var", - Karter əlavə edib.

 

Mənbə: Milli.Az

23 aprel 2015
GO BACK