Kağız və qələm.. Sən demə, bu ikili, təsəvvür belə etmədiyimiz möcüzəvi qüvvəyə malikdir. Milli.Az atv.az -a istinadən bildirir ki, elə məhz bu qüvvənin möcüzəsindən istifadə edən psixoloqlar yazı terapiyası adı verdikləri metod sayəsində bir çox xəstələrini müalicə edə bilirlər.
Psixoloqların fikrincə, yazı terapiyası sayəsində bütün pis, neqativ auradan, əsəb və üzüntüdən xilas olmaq mümkündür. Bunun üçün sadəcə hissləri kağıza köçürmək kifayətdir. Məsələn, əgər sizi incitmiş biri varsa, kağız və qələmi götürün və həmin şəxsə məktub yazın. Yox, əgər yanınızda kağız və qələm yoxdursa, bu ikilini telefonun mesaj və ya qeyd bölməsi ilə də əvəz edə bilərsiniz. Yazdıqlarınızı göndərmək şərt deyil. Sadəcə demək istəyib, amma deyə bilmədiklərinizi, hirsinizi, kininizi sətirlərə tökməklə narahatlığı aradan qaldıra bilərisiniz.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, məhz yazı terapiyası sayəsində insanlar nəinki psixi problemlərdən, hətta bir sıra ağır xəstəliklərdən xilas olublar.