Qadin.NET / Ermənilər dinc sakini vurdu

Ermənilər dinc sakini vurdu

 

Ermənilər dinc sakini vurdu

Ermənilər cəbhə xəttində yenidən fəallaşıblar. Ötən gün axşam saatlarında ermənilər Tovuz rayonunun sərhədyanı Əlibəyli kəndini iriçaplı silahlardan intensiv atəşə tutublar. Tovuz rayon Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayevin ANS PRESS-ə verdiyi məlumata görə, ermənilər iki gündür ki, kəndi intensiv şəkildə atəşə tutur.
"Dünən axşam saatlarında kənd bir neçə saat atəş altında saxlanılıb. Atışma zamanı kənd sakini, 1982-ci il təvəllüdlü Xatirə Əliyeva biləyindən yaralanıb". 
Kənddə bir ev də erməni güllərinin qurbanı olub. Belə ki, ev tamamilə yanıb. Atışma nəticəsində kənddə ümumilikdə 100-dək evə ziyan dəyib. 
Tovuz rayon mərkəzi xəstəxanasının baş həkimin müavini Sayad Yusifovun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda Xatirə Əliyevanın vəziyyəti normaldır. Onun həyatı üçün heç bir təhlükə yoxdur.

 

Mənbə: ANS PRESS

6 fevral 2015
GO BACK