Qadin.NET / Fironun maskası da yalanmış

Fironun maskası da yalanmış

 

Misir Muzeyinin direktoru Mahmud Həvaqi qədim Misir fironu Tutanxamonun qızıl üz maskasında yarışəffaf yapışdırıcı maddə izlərinin aşkar olunduğunu təsdiqləyib.

 

Milli.Az BBC-yə istinadən bildirir ki, mütəxəssislər yapışdırıcı maddənin izlərinə 7 ay əvvəl rast gəliblər.Mahmud Həvaqi qədim Misir incəsənətinin ən tanınan nümunələrindən biri olan qızıl üz maskasındakı yapışdırıcı izləri şəxsən müşahidə etdiyini bildirib.
Müntəzəm aparılan yoxlamalardan biri vaxtı maska üzərində aşkar olunmuş maddənin qalıqları daha sonra silinib.Güman edilir ki, maddə fironun məzar maskasından qopmuş saqqalı yerinə yapışdırmaq üçün istifadə olunub.
Ehtimalən bu muzeydə səliqə salınarkən baş verib. Hadisədən məyus olduğunu deyən direktor bu ehtimalları nə təkzib nə də ki, təsdiq edib.
Mahmud Həvaqi hadisəni araşdırmaq üçün xüsusi ekspertlər qrupunun yaradıldığını bildirib.
Mənbə: Milli.Az
23 yanvar 2015
GO BACK