Müstəqilliyimizin bünövrəsi Şəhidlər Xiyabanındakı qəbirlərlə qazılıb. 9 gündən sonra Azərbaycan xalqı öz müqavimət gününün, Qanlı Yanvarın 25 illiyini qeyd edəcək. Bəzən adama elə gəlir ki, bu barədə hər şeyi hamı bilir. Amma yox. Məsələn, 20 yanvar savaşı zamanı Bakı Buxtasında gəmilər niyə və kim tərəfindən sındırılmışdı? Moskvanın güllələnmiş kəsləri dənizə atmaq niyyətinin qarışsını kəsən adam ilk dəfə elə bu studiyada danışacaq. Onun adı Arifdir. Arif Həsənov. O vaxt Arif müəllim SSRİ dəniz donanması Xəzər Dəniz Gəmiçiliyinin Baş mühəndisi idi.
- Arif müəllin təbii ki, mənim elə birinci suallım məhz həmin günlərdə Bakı Buxtasının sovet qoşunlarına göstərdiyi müqavimətlə bağlıdır. Siz bu məlumatı aldız və gəmilər səfərbər oldu. Ardını siz danışın xahiş edirəm...
- Gəmilərin səfərbərliyi necə oldu? Mən səhər tezdən – yanvarın 20-i gəldim işə. Bu şənbə günü idi. Qalxdım dispeçerin yanına. Dispeçerlərdən soruşdum ki, gəmilərin diskalatsiyası hardadır, necədir, hamısın yoxladım. Bütün gəmilərdən - gəmilərimiz Sinqapurda, Kubada, Venesuelada, özəliklə Aralıq dənizində 20-25 ədəd gəmimiz vardı. Hamısı soruşurdular, narahat idilər – Azərbaycanan, vətənən, evlərinən, ailələrinən. Hamı həyacanlı idi. Radioqaramları heç oxuyub qurtarmaq olmurdu. Hamısı həyacanlı idi. Burda, yəni Xəzərdə olan gəmilər hamısı bir-bir radioqaramla, radiotelefonla çıxdılar əlaqəyə soruşdular - Bakıda nə baş verir, vəziyyət necədir? Bildiyim qədər onlara izahat verdim. Sonra da təfsilatı bilmək üçün disperçerlərdən ikisinin göndərdim Mərkəzi Komitənin qabağına. Tapşırıq verdim ki, gedin görün vəziyyət necədir, gələndə isə bu barədə mənə məlumat verin. Gedənlər gəldilər ki, bəs hər yer əsgərlərlə, tanklarla, o cümlədən hərbi texnika ilə doludur. Camaat isə buna etiraz edirlər. Bundan başqa hər yerdə şayiə gəzirdi ki, rus qoşunları meyitləri gəmilərə doldurub aparıb dənizə tökəcəklər. Mən də bu vəziyyəti nəzərdən keçirib əsasən gəmi bərələrilə paronlarla danışdım. Və onlara bir-bir göstəriş verdim ki, filan qrafiklə profilaktika keçirməlisiz və dayanın. Parolların hamısını Krasnovodskda də (indiki Türkmənbaşı) saxladım, Bakıda da. Gələn gəmilərin hamısın boşaltmadan, yalnız sərnişin vaqonları istisna olmaqala.
- Arif müəllim bəs axı sovetlərin özlərinin burda donanmasının nümayəndələri var idi?
- Burda hərbi dəniz qüvvələri var idi, Xəzər donanması. Onların dənizə çıxmalarının qarşısını almaq üçün biz Buxtanı və bir də ki, kanal gedirdi indiki Bayraq meydanının yerində. Kanalı bağladıq, gəmiləri orda lövbərləyib saxladıq. Bununla da ordan kiçik bir kater belə çıxa bilməzdi və elə çıxmadı da. Nargin adasından başlayaraq bütün Bakı Buxtası bağlandı. Bizə baxaraq Neft şirkətinin gəmiləri də yığıldı. Onsuz da şirkətin gəmiləri Bakı ətrafında idi. Bununla da gəmi kapitanları təşkillatlandılar. Mən də onlara həm mənəvi cəhədən dəstək verirdim, həm də göstəriş verirdim. Yanvarın 24-dək Bakı Buxtasını bağlı saxladıq. Artıq u vaxta qədər bütün şəhid olanlar dəfn olundu. Dəfn mərasimində də dənizçilərin ənənəsi vardı ki, həmin gəmin uzun müddət fit verir.
Təşəkkür edirən Arif müəllim. Çox sağ olun! Həm 25 il susqunluğa nahayyət Azərbaycan xalqına bu məlumatı ANS vasitəsiylə verdiyinizə görə, bizim boynumuza qoyduğununz bu milli minnətə görə, amma eyni zamanda təşəkkür edirəm bizim studiyamıza gəlib bu sualları cavablandırdığınıza görə.
Bu söhbətdən sonra yəqin ki, yanvarın 20-də və ümumiyyətlə bundan sonrakı bütün yanvarların 20-də veriləcək gəmi fitlərinə bir ayrı cür qulaq asmaq lazım gələcək. Bəlkə də ayaq üstə. Ona görə ki, bu gəmilərin buna tam haqqı var.
Mənbə: ANS PRESS