Buğa – Onlar yüksək platforma ayaqqabılar ilə gözəl görünürlər. Bu ayaqqabı modelində necə gəzmək lazım olduğunu yaxşı bilirlər. Zebra, leopar təsvirli ayaqqabılar buğa qadınlarını eleqant göstərir. Sadəcə, keyfiyyətli ayaqqabı seçmək lazımdır.
Əkizlər - Onların çoxlu ayaqqabıları olur. Lentli sandalların belə, çəkici olduğunu fikirləşirlər. Bağlı ayaqqabıları daha çox xoşlayırlar.
Xərçəng – Mehriban, romantik və zərif xərçəng qadınları üçün qladiator tipli bir cüt düz sandallar möhtəşəmliyi ifadə edir. Sevdiyi insanlarla yaxşı vaxt keçirmək üçün rahat geyinməyi xoşlayırlar.
Şir – Eleqant olmağı sevən şir qadınları üçün ayaqqabı olduqca önəmli seçimdir. Çünki ayaqqabı pis olarsa, bütün geyim bərbad ola bilər. Cəsur rənglərə, topuqlu və marka ayaqqabılara müraciət edir.
Qız – Dəmir detallarla mükəmməl olan ayaqqabılar axtarırlar. Süd rənglərini dəbə qız bürclərinin nümayəndələri gətiriblər. Qara rəngi isə heç nəyə dəyişməzlər. Güpürlü ayaqqabılar onlar üçün çox özəl olacaq.
Tərəzi – Bu bürclər üçün rahatlıq və çəkicilik birlikdə olmalıdır. Cüt rəngli ayaqqabılar, çəkici, həm də rahat olan ayaqqabı modellərinə üstünlük verirlər.
Əqrəb – Bir ayaqqabı nə olursa-olsun, hər şeydən əvvəl diqqət çəkməlidir. Onun dolabında qara rənglərə təsadüf edə bilərsiniz. Hündürdaban çəkmələri xoşlayırlar.
Oxatan - Ən birinci rahat olmalıdır. Oxatan bürcləri üçün dəb həm də rahatlıq deməkdir.
Oğlaq – Oğlaq bürcünün qadınlarına işə gedib-gəlmək üçün rahat ayaqqabılar göstərin. Eleqantlıqdan daha çox rahatlıq və sağlamlıq birinci gəlir. Klassik modellər onların əsas seçimlərinə daxildir. Qalın dabanlı ayaqqabıları da bəyənirlər.
Dolça – Dolça bürcünün qadınları üçün ayaqqabıların rəngləri çox önəmlidir. Ayaqları və geyimi gözəl göstərən ayaqqabılar geyinərlər. Bəzən rahat olmasa da, gözəllik xətrinə seksual və rəngli ayaqqabıları geyinə bilərlər.
Balıq – Balıq bürcündən olan qadınların ayaqqabıları ilə bağlı şikayətləri çoxdur. Buna görə də ayaqqabının rahat və komfortlu olmağı çox vacibdir. Baletka, idman və sadə ayaqqabılar sanki balıq bürcləri üçün yaradılıb.
Mənbə: Milli.Az