Şübhəsiz ki, hər meyvə və tərəvəzin əvəzsiz faydası var. Onlardan biri də soğandır. Azərbaycan mətbəxində böyük yer tutan soğanın sağlamlıq üçün faydası saymaqla bitmir. Xüsusilə soyuq günlərdə, xəstəliklərin artdığı bir zamanda soğan ən yaxşı antibakterial vasitədir. Soğanın ən böyük faydası son zamanların ən ölümcül xəstəliyi olan xərçənglə mübarizə aparmasıdır. Belə ki, hələ 2011-ci ildə aparılan bir araşdırmaya görə, müntəzəm olaraq qırmızı soğandan istifadə mədə xərçəngi riskini bir necə dəfə azaldır. Digər araşdırmanın nəticələrinə görə, antioksidant təsiri sayəsində soğan ağciyər və mədəaltı vəz xərçəngi yaranma riskini aşağı salır. Məsələn, İngiltərədə prostat xərçənginə yoluxma göstəriciləri soğandan bol-bol istifadə edən Honq Konq, İran və Türkiyə ilə müqayisədə 5 dəfə çoxdur.
Qandakı şəkər səviyyəsini tənzimləyən soğan şəkər xəstələri üçün də əvəzsiz bir vasitədir. Bəs hər bir yeməyin dadına dad qatan soğanın başqa hansı faydası var?
Soğan mikrobları öldürür, qriplə ən yaxşı mübarizə aparan təbii vasitədir.
Qanda və bədəndəki zərərli maddələri təmizləyir.
A, B və C vitamini ilə zəngindir. Bu sayədə bədənin immunitetini gücləndirir, qüvvət verir.
Zehni və fiziki yorğunluğu aradan qaldırır.
Soyuqdəymə, öskürək, bronxit və qastrit kimi infeksion xəstəliklərlə mübarizə aparır.
Yüksək təzyiqi salır.
Sidik qovucudur və qandakı toksik maddələri təmizləməyə kömək edir.
İştahı açır və həzmi asanlaşdırır.
Bədəndə şişlərin yaranmasının qarşısını almağa kömək edir. Xərçəngdən qoruyur.
Qaraciyər və bağırsaqları təmizləyir.
Soğan doğrandıqdan sonra ən gec 30 dəqiqə ərzində istifadəe dilməlidir. Hava ilə çox təmas tərkibindəki yararlı maddələrin soasına yol açır. uzun müddət sonra istifadə edilsə mədədə ağrılara yol aça bilər.
Əsəblələri sakitləşdirir.
Yaddaşı gücləndirir.
Cinsi gücü artırır.
Ürək damarlarını qoruyur.
Böyrək daşı və qumunun təmizlənməsinə kömək edir.
Bir çox insan qoxusuna görə soğan yeməkdən çəkinir. Amma bu faydalı tərəvəzi yedikdən sonra cəfəri yesəniz qoxu problemini aradan qaldırmış olarsınız.
Mənbə: ANS PRESS