Qadin.NET / Gündə 2 qram bəs edər

Gündə 2 qram bəs edər

 

Gündəlik duz normasını azaltmaq lazımdır. Alimlər hər kəsin öyrəşdiyi bu ərzağın daha bir zərərini aşkar ediblər. Normal funksiya üçün orqanizmə gündə cəmi 2 qram duz lazımdır.
Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, bu barədə Valli Araşdırmalar Mərkəzinin alimləri məlumat yayıblar.
Gündəlik duz normasının 4,7 qrama qədər qaldırılması böyrəklərdə problemlərə və digər ağr xəstəliklərə yol aça bilər. Duzun cəmi bir qram azaldılması isə infarkt və insult kimi xəstəliklərin qarşısını alır.
"British Medical Journal" professor Françesko Kappuçionun araşdırmasını dərc edib. Bu araşdırma zamanı cəmi bur qram duzu azaltmaqla 120 min ürək çatışmazlığının, 99 min infarktın və 66 min insultun qarşısını almaq mümkün olub. 12 min nəfər insanın həyatını duzu azaltmaqla xilas ediblər. 
Professor Kappuçionun araşdırması ilə tanış olan Ümumdünya Səhiyyə Təşkilatı dünyada duz qəbulunun azaldılması ilə bağlı proqram tərtib edib. 2025-ci ilə qədər gündəlik normanın 5 qrama qədər endirilməsi nəzərdə tutulur. 
Françesko Kappuçio isə duz qəbulunun azaldılmasının effektivliyi üçün sistemli yanaşmanı təklif edir. Onun sözlərinə görə bu işi mərhələli şəkildə həll etmək lazımdır: 
1. Cəmiyyəti problemlə bağlı məlumatlandırmaq, kampaniyalar keçirmək, təbliğat aparmaq,
2. Hazır qida məhsulları istehsal edən müəssisələrlə iş aparmaq, yemək hazırlanması ilə bağlı yeni standartlar tətbiq etmək,
3. Duzun azaldılması prosesini qlobal şəkildə izləmək.

Mənbə: Milli.Az

 

26 dekabr 2014
GO BACK